Avropada təbii qazın qiyməti 1200 dolları keçdi


Digərləri 04 Okt 2021 18:54:00 125 0

Avropada təbii qazın qiyməti 1200 dolları keçdi

Avropa birjalarında oktyabrın 4-də təbii qazın qiyməti min kubmetr üçün 1 200 dollar həddini keçib.

Son.az Trend-ə istinadən bildirir ki, Niderlandın TTF habında noyabr fyuçersləri üzrə qazın min kubmetri 1 200,36 dollara alınıb-satılır.

Ötən həftə təbii qazın qiyməti Avropada tarixdə ilk dəfə min dollara, daha sonra 1 100 dollaradək artmışdı.

Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.