Vətənin bütövlüyünü canından üstün tutdu


Digərləri 04 Okt 2021 18:36:00 138 0

Vətənin bütövlüyünü canından üstün tutdu

Vətənin dar günündə və onun bütövlüyü uğrunda o da canını sipər etdi. İlk günlərdən ən ağır döyüşlərə qatılaraq vətən torpağının azadlığı üçün canından keçdi. Sizə Füzuli qəhrəmanlarından biri olan Elçin Nəsirov haqqında danışacağıq.

Vətən uğrunda canından keçmiş Elçin Ramiz oğlu Nəsirov Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. Həmişə vətənpərvərliyi ilə seçilən Elçin 2016-cı ildə Azərbaycan ordusunda müqavilə əsasında müddətdən artıq hərbi xidmətə başlayıb.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Elçin Nəsirov ötən ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən ərazilərimizin azad edilməsi üçün başladılan əks-hücum əməliyyatları zamanı Hadrut qəsəbəsi və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 25-də Füzuli döyüşləri zamanı Qorqan istiqamətində şəhid olub.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, Elçin Nəsirov ölümündən sonra "Vətən uğrunda", Xocavəndin və Füzulinin azad edilməsinə görə medalları ilə təltif edilib.

Döyüşçü yoldaşları da Elçini cəsur və şərəfli döyüşçü kimi xarakterizə edirlər.