“Space” TVnin rəhbəri yenilikləri ANONS ETDİ


Şou-biznes 04 Okt 2021 18:24:00 147 0

“Space” TVnin rəhbəri yenilikləri ANONS ETDİ

Azərbaycan televiziyalarında yeni mövsümlə bağlı bir çox dəyişikliklər olub. Xüsusilə "Space" TV-də canlanma hiss olunur. Bir sıra tanınmış aparıcılar və layihələr "Space"ə transfer olunub. Xeyli vaxt idi durğunluq dövrü keçirən bu kanal indi rəqiblərini ötüb keçməyə çalışır.

Son.az xəbər verir ki, "Space"in redaktoru Könül Aypara bildirib ki, Müşfiq Hətəmov telekanala rəhbər təyin olunduqdan sonra canlanma yaranıb:

""Space" TV keçmiş heyətin yarıtmazlığı sayəsində tamaşaçı kütləsini zaman-zaman itirə-itirə gəlirdi. Nəticədə elə oldu ki, rəhbərlik dəyişdirildi. Artıq hər şey yaxşılığa doğru istiqamətlənib.

"Space" TV-nin yeni rəhbəri Müşfiq Hətəmov işini bilən kadrdı. O, professionallığı sayəsində uçurumda olan  telekanalı necə qurtaracağını bilirdi. Və "Space"ə təyinat alandan sonra telekanala yeni nəfəs gətirdi".

Onun sözlərinə görə, "Space" TV yeni mövsümə tanınmış simalar, yeni verilişlərlə gedir:

"Yeni mövsüm yeniliklərlə dolu olacaq. Əlbəttə, hər şeyə sıfırdan başlamaq çətindir. Amma Müşfiq müəllimin sayəsində, həmçinin, komanda olaraq onun ətrafında birləşməklə biz bu çətinliyi aradan qaldırırıq və hər zaman da bir-birimizə dəstək olacağıq. O ki qaldı yeniliklərə, yəqin ki anonslarımızı izləyirsiz... Tanınmış simalar, yeni verilişlər, professionallarla işbirliyi... Gücümüz birlikdədir!".

"Space" TV-nin rəhbəri Müşfiq Hətəmov yeniliklərlə bağlı Modern.az-a anons verib:

""Space" TV yeni mövsümə bir çox yeniliklərlə gəlir. Yeni layihələr üzərində çalışırıq. Yaxın günlərdə ictimaiyyətə geniş açıqlama veriləcək".