İtaliyada təyyarə yaşayış binasına çırpıldı:


Digərləri 04 Okt 2021 18:30:00 129 0

İtaliyada təyyarə yaşayış binasına çırpıldı:

İtaliyanın San Donato Milan şəhərində şəxsi təyyarənin qəzaya uğraması nəticəsində altı nəfər həyatını itirib.

Qeyd olunur ki, təyyarə təmirdə olan yaşayış binasına çırpılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, binada təmirlə əlaqədar yaşayışın olmadığı bildirilib.

San Donato Milan şəhərindən Sardiniyaya uçan təyyarənin göyərtəsində beş sərnişin və bir pilot olub.

Təyyarə binaya çırpılandan dərhal sonra yanmağa başlayıb.