Türkiyə ordusu İraqın şimalında12 terrorçunu məhv edib VİDEO


Dünya 04 Okt 2021 18:07:00 126 1

Türkiyə ordusu İraqın şimalında12 terrorçunu məhv edib  VİDEO

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında antiterror əməliyyatı zamanı azı 12 PKK silahlısını məhv edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, xüsusi təyinatlı dəstələr bölgədə girilməsi mümkün hesab olunmayan və terrorçuların qərargah kimi istifadə etdikləri mağaraya daxil olub və orada olan terrorçuları zərərsizləşdirib.

Bölgədə "Pəncə İldırım" əməliyyatı davam etdirilir.