Prezident İlham Əliyev: Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir, bunun başqa yolu yoxdur


Siyasət 04 Okt 2021 17:33:00 83 0

Prezident İlham Əliyev: Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir, bunun başqa yolu yoxdur

Bundan sonra Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Artıq mifologiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülyasından əl çəkməlidirlər. Dənizdən dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər. Bunun başqa yolu yoxdur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

"Bu mifologiyaya son qoyuldu. Tədricən bizə qarşı olan bütün digər erməni iddialarına son qoyulmalıdır. Mən bunu demişəm və mən söz deyəndə elə-belə söz demirəm. Nəyi demişəmsə bu günə qədər, hamısını da etmişəm", - deyə dövlətimizin başçısı vurğulayıb.