Buna Bakının da, İrəvanın da ehtiyacı var


Siyasət 04 Okt 2021 16:50:00 90 0

Buna Bakının da, İrəvanın da ehtiyacı var

"Düşünürəm ki, Gürcüstan Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərinin həllində maraqlıdır və tərəflər arasında gələcək dialoqların baş tutmasında ən etibarlı vasitəçidir".

Bunu Son.az-a açıqlamasında Gürcüstan Strateji Analiz Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

Gürcü analitik bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına təsir etmək elə də asan məsələ deyil:

"Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsində Gürcüstan heç bir şəxsi mənafe, maraq güdmür. Üçtərəfli bəyanatdan sonra proseslərin müsbətə doğru sürətlənməsinə, münasibətlərin normalaşşmasına təsir etmək elə də asan məsələ deyil. Çünki bu məsələ çox böyük və çətin prosesdir. Mənim fikrimcə, həm Bakı, həm də İrəvan ciddi şəkildə danışıqlara başlamalı, xüsusən də qarşılıqlı aqresiyanı götürüb, görüşüb bir razılığa gəlmək üçün imkan yaratmalıdırlar.

Fikrimcə, Gürcüstan hökümətinin cəhdləri Bakı və İrəvana təsir və təzyiq göstərməyəcəkləri, spekulyasiyaya yol verilməyəcəyi təqdirdə, sonluğun təmin edilməsi üçün yeganə yoldur. Düşünürəm ki, buna Bakının da, İrəvanın ehtiyacı var.

Əgər durub iki dövlətin nə vaxt bir araya gəlib, razılıq əldə edəcəklərini gözləsək, bu, heç vaxt baş verməyəcək. Çünki bunu həll etmək üçün tez bir zamanda danışıqları bərpa etmək lazımdır". 

Təhməz Əsədov Son.az