“CinemaPlus” qayıtdı!


Digərləri 04 Okt 2021 16:52:00 132 0

“CinemaPlus” qayıtdı!

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarına əsasən "CinemaPlus" kinoteatrlar şəbəkəsi oktyabrın 1-dən fəaliyyətə başladı.

Bu əlamətdar tarixlə əlaqədar "Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrı sevimli tamaşaçıları xüsusi bir sürprizlə qarşılamaq qərarına gəldi və musiqi festivalı təşkil etdi. Kinoteatrın foyesi Helium Baku şarları ilə bəzədilmişdir.

Tədbiri "Merry Band" peşəkar instrumental musiqi qrupu başladı. Musiqili müşayiətlə Tatyana Dolivetsin başçılıq etdiyi film qəhramanları obrazlarında olan animatorlar, əllərində kinoteatrın bayraqlarını və şarları saxlayaraq Ticarət Mərkəzində yürüş etdilər. 

Bayram, məşhur film və cizgi filmlərindən mahnıları ifa edən "Avanqard" kamera orkestri tərəfindən tamamlandı.

Foto və video çəkiliş "Light in Black" kreativ şirkəti tərəfindən aparılıb. Qonaqlar və tamaşaçılar bayrama böyük məmnuniyyətlə qatılırdılar.

"CinemaPlus" öz ənənəsini pozmayaraq növbəti dəfə çox parlaq festival keçirmişdir.  Qeyd etmək istərdik ki, "CinemaPlus" kinoteatrlar şəbəkəsində oktyabr ayında ən gözlənilən premyeralar olacaq: "Ölmək vaxtı  deyil", Venom 2, "Dyuna", Addams Ailəsi 2, Halloween öldürür, Düzəlməz Ron.