Şəhid Natiq Verdiyevin adını daşıyan bulağın açılışı olub


Digərləri 04 Okt 2021 16:56:00 124 0

Şəhid Natiq Verdiyevin adını daşıyan bulağın açılışı olub

Sentyabrın 27-də başlayan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də Xızı rayonunun Xələnc kənd sakini, 25 yaşlı kəşfiyyatçı gizir Natiq Verdiyevdir.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, o, 5 fevral 1995-ci ildə Xızı rayonunun Xələnc kəndində anadan olub.

2010-cu ildə orta  məktəbi bitirərək Sumqayıt Texniki Kollecində "Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti" ixtisası üzrə təhsilini davam etdirib. 2013-cü ildə təhsilini başa vurub və həqiqi hərbi xidmətə yollanıb. Xidməti başa vurduqdan bir müddət sonra isə 2016-cı ilin Aprel döyüşləri zamanı könüllü olaraq orduya qoşulmaq qərarına gəlib və Bakıda 3 ay kurs keçərək xidmətə başlayıb. Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölüyündə hərbi xidmətini davam etdirib.

Vətən müharibəsində Xələnc kəndinin ilk şəhidi olan Natiqin atası Əlimurad Verdiyev oğlunun uşaq vaxtlarından hərbiyə maraq göstərdiyini  deyir.

O, Vətən torpaqlarını azad, bütöv görmək istəyirdi. Elə bu amal uğrunda da şəhidlik zirvəsinə ucaldı.

Natiqin vəfatının ildönümündə Xələnc kəndində bulaq açılışı olub.