Rusiyada COVID19dan ölənlərin sayı 210 mini ötüb


Digərləri 04 Okt 2021 15:02:00 127 0

Rusiyada COVID19dan ölənlərin sayı 210 mini ötüb

Rusiyada son sutka ərzində daha 25 781 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Son.az bildirir ki,  Rusiyada COVID-19-a yoluxanların sayı 7 612 317 nəfərə çatıb.

Son sutka ərzində 883 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 210 801 nəfərə çatıb. Pandemiya dövründə indiyə kimi koronavirusdan ən çox ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Hindistan, Türkiyə və Braziliyadan sonra altıncı yerdə gəlir.

Son.az