"Niyə birbirinizi qırırsınız?"


Şou-biznes 04 Okt 2021 15:08:00 150 0

"Niyə birbirinizi qırırsınız?"

"Bizi Allah bu yüz illiyə qismət edib. O biri yüzillikdə biz olmayacağıq, başqaları olacaq. Ətrafımıza baxsaq ən adi normal insanın min nəfər tanışı var. Lap yaxınlaşdırsaq onlardan 10-15 nəfər lap yaxınımızdır. Amma yenə də yola gedə bilmirik".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli deyib. Müğənni qalmaqallardan danışıb:

"Gəldi-gedər dünyadır. Amma qırırlar bir-birilərini. Dünyanı tutub duracaqsınız? Niyə qırırsınız bir-birinizi, dava edirsiniz, nəyin peşindəsiniz? İnsanlığı, insanları sevirəm. Başqa vaxtı olmayacam, indiki dövrdə varam.  54 yaşım var, Allah nə qədər ömür verib bilmirəm. Özümü öldürsəm 100 il yaşayacam. Bir-birimizi sevək".