Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimi başlayıb


Siyasət 04 Okt 2021 11:54:00 100 0

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimi başlayıb

Gürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə "Eternity-2021" kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

Təlim oktyabrın 8-dək davam edəcək.