Ermənistanın XİN rəhbəri İrandadır


Dünya 04 Okt 2021 12:00:00 103 0

Ermənistanın XİN rəhbəri İrandadır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrana rəsmi səfər edib. 

Son.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in Mətbuat xidməti yayıb.

Mirzoyan Tehranda İranın xarici işlər naziri Huseyn Əmir Abdullahiyan ilə görüşəcək.

Nazirlərin görüşdən sonra jurnalistlərə açıqlama verəcəkləri gözlənilir.

Bununla yanaşı, Mirzoyanın səfəri çərçivəsində iki ölkə arasında qarşılıqlı əlaqələr və regional məsələlər barədə siyasi konsultasiyaların aparılacağı da planlaşdırılır.

Son.az