Hamilə aktrisa qadınlar üçün mitinqə qatıldı


Şou-biznes 04 Okt 2021 09:30:00 117 0

Hamilə aktrisa qadınlar üçün mitinqə qatıldı

Hamilə olan 31 yaşlı aktrisa Cennifer Lourens qadın haqlarının müdafiə edildiyi mitinqə qatılıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, Nyu-Yorkda keçirilən mitinqə 40 yaşlı həmkarı Emi Şumerlə birlikdə gedib.

Ötən gün ABŞ-ın 50 ştatında keçirilən mitinqlərdə qadın haqları müdafiə edilib və abortla bağlı şüarlar səsləndirilib. Buna səbəb bir müddət əvvəl Texasda qəbul olunan abort qadağası ilə bağlı qanun olub. Bildirilib ki, qadın 6 həftədən sonra uşağı tələf edə bilməz. Bu qanun təcavüz nəticəsində hamilə qalan qadınlara aid edilib. Bu isə narazıçılıqlara səbəb olub.

Cennifer mitinqdə əlində "Əgər qadın öz bədəninə cavabdeh deyilsə, o, azad ola bilməz" sözləri yazılan plakat tutub.