Polis əməkdaşları müştəri qismində taksi sürücülərini yoxlaya bilər?


Digərləri 04 Okt 2021 09:56:00 136 0

Polis əməkdaşları müştəri qismində taksi sürücülərini yoxlaya bilər?

Polis əməkdaşları vaksin pasportu olmayan taksi sürücülərinin aşkara çıxarılması üçün onlara müştəri qismində yaxınlaşa bilərlər.

Bunu Trend-ə açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Ekspert inzibati məsuliyyətə cəlb olunmamaları üçün taksi sürücülərini qoyulan qaydalara riayət etməyə çağırıb:

"Taksi sürücülərinə əvvəllər də bir çox tövsiyələr olunmuşdu, amma buna əməl etmədilər. Qərar verildi, ona da riayət etmədilər. Məsələn, hazırda şəffaf arakəsmə, maşında gigiyenik məhsulların olması, maskadan istifadə ilə bağlı tələblərə 100 faiz əməl olunmur. Hesab edirəm ki, indi vaksin pasportlarının yoxlanılması üçün reydlərin keçirilməsinin bir əhəmiyyəti var. Çünki taksi sürücüləri gün ərzində daha çox insanla təmasda olurlar. Onların özlərini qoruması və xəstəliyin yayılmasının qarşısının alınması vacib məsələdir".

Ekspert hesab edir ki, taksi sürücülərinin böyük hissəsi vaksinasiyadan keçib. Onun sözlərinə görə, sadəcə bir qisminin, xüsusən də peyvənddən çəkinən bir qrup yaşlı təbəqənin vaksin pasportu olmaya bilər: