Dünya yeni virusla üzləşəcək


Dünya 04 Okt 2021 09:06:00 102 0

Dünya yeni virusla üzləşəcək

Bəşəriyyət gələcəkdə mütləq yeni bir virusla üzləşəcək. Dünya təkcə koronavirus pandemiyası ilə deyil, infodemiya kimi bir sıra digər problemlərlə də üz-üzədir.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Çinin Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Qao Fu deyib.

O, gələcəkdə dünyanın hələ heç kimə məlum olmayan, hər yerdə və hər an baş verə biləcək "X virusu" ilə qarşılaşacağını vurğulayıb:

"Bəşəriyyətin gələcəyi naminə problemi həll etmək üçün birlikdə çalışmaq lazımdır. Bununla əlaqədar olaraq "Dörd C prinsipi"ni təklif edirəm: əməkdaşlıq, rəqabət, ünsiyyət və koordinasiya".