Qalmaqallı aparıcı Speys TVni tərk etdi


Şou-biznes 04 Okt 2021 09:24:00 149 0

Qalmaqallı aparıcı Speys TVni tərk etdi

Aparıcı Turan İbrahimov Speys TV-dən ayrılıb.

Son.az xəbər verir ki, bu barədə aparıcı öz sosial şəbəkə hesabında yazıb:

"Əlavə söz-söhbət çıxmasın deyə özüm yazım. Yeni rəhbərliyin təkidli xahişlərinə baxmayaraq, bu mövsüm Speys TV-də olmamaq qərarı vermişəm. Səbəb isə ümumilikdə TV işinə həvəsimin qalmamasıdır. Televiziya mənim üçün hər zaman ikinci iş yeri və hobbi olub. 4-5 il öncəyə qədər mənim üçün ikinci iş kimi sərfəli idi, həm də həvəsim vardı. Hazırda isə bir daha deyim, TV-yə həvəsim qalmayıb. Həm də TV, xüsusi ilə də özəl TV-lər əksəriyyət peşəkarlar üçün ciddi iş yeri olma özəlliyini itirib.

Gələcək nə gətirəcək, bilmirəm. Amma bu dəqiqə tamam başqa əhvalda və tam başqa gözləntilərdəyəm.