İranda 5,8 bal gücündə zəlzələ baş verib


Dünya 04 Okt 2021 08:19:00 173 0

İranda 5,8 bal gücündə zəlzələ baş verib

İranın mərkəzi hissəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.

Yeraltı təkanların episentri Şexre-Kord şəhərindən 106 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.