İtaliyada təyyarə binaya çırpıldı, ölənlər var


Dünya 04 Okt 2021 07:43:00 112 0

İtaliyada təyyarə binaya çırpıldı, ölənlər var

Kiçikhəcmli şəxsi təyyarə havaya qalxdıqdan qısa müddət sonra İtaliyanın Milan şəhərinin yaxınlığındakı San Donato yaşayış məntəqəsində ikimərtəbəli binaya çırpılıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində təyyarədə olan 8 nəfər (iki pilot, biri uşaq olmaqla 6 sərnişin) ölüb.

Təyyarə Milanın "Linate" hava limanından Sardiniya adasındakı Olbiya şəhərinə gedirmiş.