Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb


Dünya 04 Okt 2021 07:25:00 123 0

Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb

Moskva vilayətinin Lıtkarino şəhər dairəsində Robinson R-44 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.

Bildirilib ki, hadisə nəticəsində 3 nəfər həlak olub. Helikopterin qəzaya uğradığı yer hazırda tapılıb.

Nazirlik əlavə edib ki, yanğınsöndürmə və xilasetmə bölmələri hadisə yerindədirlər.