Məhəmməd peyğəmbərin karikaturalarını çəkən müəllif ölüb


Dünya 04 Okt 2021 07:00:00 129 0

Məhəmməd peyğəmbərin karikaturalarını çəkən müəllif ölüb

Məhəmməd peyğəmbərə çəkilmiş karikaturların müəllifi İsveçli Lars Vilks və onun mühafizəçiləri yük maşınının onların avtomobili ilə toqquşması nəticəsində ölüb.

Trend-in məlumatına görə, bu barədə SVT televiziya kanalı xəbər verib.

Məlumata əsasən, toqquşma nəticəsində hər iki avtomobil yanıb, yük maşını sürücüsü ağır yaralanıb.

Qəzanın necə baş verdiyi barədə hələlik məlumat yoxdur. Yük maşını sürücüsü xəstəxanada dindirilib.