Bu hallarda intim əlaqədə olmaq olmaz


Digərləri 04 Okt 2021 03:03:00 101 0

Bu hallarda intim əlaqədə olmaq olmaz

Cinsi həyatın hər iki partnyora müsbət təsiri tibbi tərəfdən təsdiqlənib.Belə ki, seks ürək əzələsini gücləndirir, qan dövranını yaxşılaşdırır, immuniteti gücləndirir. Bundan əlavə, yaxşı cinsi münasibətlər hər iki tərəfin münasibətində, psixoemosional vəziyyətində mühüm rol oynayır. Mütəmadi cinsi əlaqə zamanı daxili orqanların işi normaya düşür, iltihabi prosesslər azalır. Amma bəzi hallar var ki, sevişməkdən imtina etmək vacibdir.

Son.az oxu24.com-a istinadla məlumatı təqdim edir:

•Ginekoloji analiz verməzdən əvvəl heç olmasa 2-3 gün müddətinə intim münasibətdən qaçmaq məsləhətdir. Bunun səbəbi isə spermatozoidin uşaqlıq yolunun turşuluğunu dəyişməsidir ki, bu da bakteriya və virusların artması üçün şərait yaradır.

•Cinsi orqanlarda aparılan hər hansı bir əməliyyat sonrası da cinsi aktivlik yolverilməz hesab olunur. Belə olan halda 2-3 həftə cinsi aktdan imtina etmək məsləhətdir.

•Riskli hamiləlik zamanı da cinsi əlaqə yolverilməzdir. Bu zaman qanaxma, düşük və vaxtından əvvəl doğuş təhlükəsi olduğu üçün cinsi yaxınlıqdan imtina etmək məsləhətdir.

ƏTRAFLI •Ginekoloji analiz verməzdən əvvəl heç olmasa 2-3 gün müddətinə intim münasibətdən qaçmaq məsləhətdir. Bunun səbəbi isə spermatozoidin uşaqlıq yolunun turşuluğunu dəyişməsidir ki, bu da bakteriya və virusların artması üçün şərait yaradır.

•Cinsi yolla ötürülən infeksiyalar zamanı müalicə tam bitənədək gözləmək lazımdır. Müalicənin sonunda analiz verərək infeksiyanın tam təmizləndiyinə əmin olmadan cinsi əlaqə yolverilməzdir.