Zikr deyəndə, gərək ürəklə dil həmahəng olsun


Digərləri 03 Okt 2021 23:45:00 142 0

Zikr deyəndə, gərək ürəklə dil həmahəng olsun

Nə zaman bir alimin məclisində əyləşsək, ondan maddi və mənəvi dünyamıza fayda verəcək zikr və ya əməl istəyirik. Adətən onlar elə zikrləri tövsiyə edirlər ki, onu davamlı etmək məsləhətdir.

Ən yaxşı saleh əməl - o əməldir ki, onu davamlı olaraq yerinə yetirəsən. Belə ki, bir işə başlamaq üçün cürət və iradə ilə yanaşı, davamlı olaraq ona əməl etmək də lazımdır. Ona görə də Allah yanında o bəndə daha dəyərlidir ki, bu yolda səbir edər və mətanət göstərər.

İmam Baqir (ə) buyurur: "Allah yanında davamlı olaraq yerinə yetirilən işdən daha sevimlisi yoxdur, baxmayaraq ki, az olsa belə".

Alimlər ona görə zikrləri davamlı olaraq deyilməsini tövsiyə edirlər ki, qəlbə əyləşsin. İmanla elmin fərqi də elə budur. İnsan elmi zehni olaraq öyrənir. Ancaq mərifət gərək insan ürəyi ilə qəbul olunsun. İman - dərin ruhu bir inancdır. Elə bir şeydir ki, gərək ürəkdə olsun. Ona görə də dini kəlamları təkrar etmək insanın ruhu ilə əlaqəlidir.

Zikrlər tədricən ruha təsir qoyar. Ürək də zaman keçdikcə ibadət ruhu ilə bir olur. Ürək sanki dil açmamış bir körpədir və danışa bilmir. Bu hadisəyə çox rast gəlmişik ki, ana və ya ata təzə doğulmuş övladının danışması üçün səy edir. Davamlı olaraq ona "ata" və "ana" kəlmələrini təlqin edir. Bu sözləri davamlı olaraq deməkdən yorulmur. O zaman ki, körpə ilk dəfə olaraq danışmağa başlayır, ata və ana çox sevinirlər.

Zikrləri təkrar etməyin məqsədi də elə budur. Biz gərək səbirli olaq və zikrləri dilimizdə təkrar edərək, onu ürəyimizə təlim verək. Bu təkrardan sonra ürəyin dili açılacaqdır.

Ona görə də əvvəl ürək şagird olur və dil müəllim. Dil zikrləri təkrar edir və ürək danışmağı öyrənir. Bu zaman ürək həm ayıq və həm də yatan zaman zikrləri deyər. Sonra isə ürək müəllim olur və dili zikr deməyə vadar edir.

İmam Sadiq (ə) buyurur: "Ürək özünü dilin qibləsi qərar vermişdir və dilini hərəkət etdirmə, məgər ürəyin işarəsi, ağılın icazəsi və imanın rizası ilə. Çünki Allah Təala sənin gizlinindən və aşkarından agahdır".

O zaman ki, insan namaz üçün dayanar və təkbir deyər, gərək həm ürəyi, həm dili, həm fikiri, həm də ruhu "Allahu Əkbər" desin. Bütün varlığımız dilimizlə həmahəng olsun.

Biz həyatımızda istər-istəməz bəzi şeylərə adət edirik. Lakin insan adət etdiyi şeylərə diqqət etməlidir, məbada elə şeylərə adət edək ki, ruhumuzu soldursun. İmam Əli (ə) buyurur: "Nəfslərinizi bəyənilən işlərə adət etdirin və yaxşı işlərin əhli olun ki, onunla tanınasınız".

Bir nəfər ölüm anında deyir ki, məni qaldırın sonuncu dəfə küçəmi görüm. Çünki bu küçə ilə yaxın olmuş və onunla munis olmuşdur. Lakin ey kaş deyərdi ki, canamazımı gətirin, sonuncu dəfə ona baxım. Ya da əgər İmam Hüseyn (ə) aşiqi olsaydı, şübhəsiz ki, bu zaman o Həzrətin (ə) nurani simasını görərdi. Çünki alimlərin bir çoxu ölüm anında o Həzrəti (ə) görüblər.

Biz ancaq bir ay İmam Hüseyni (ə) yada salırıq və qalan on iki ayda onu unuduruq. Bəlkə hər gün münasib bir zamanda Həzrətə (ə) salam verib, onu yada salmalıyıq ki, bu işə adət edək.

Həzrət Peyğəmbər (s) buyurur: "Yaxşı işə davam etməyin gətirdiyi nəticələr: çirkinlikləri tərk etmək, diqqətsiz olmaqdan uzaq olmaq, günahdan çıxmaq, yəqin əldə etmək, azad olmağa eşq bəsləmək, Bağışlayan Allaha itaət etmək, şeytandan uzaq olmaq, ədaləti və haqq sözü qəbul etmək".

Ona görə də deyə bilərik ki, əgər bir insan İlahi məqama çatmaq istəyirsə, yaxşı olar ki, zikrləri ürəyinə təlqin etsin və təlim versin. Həmçinin yaxşl işlərə adət etsin. Allahın lütfü və Əlhi-beytin (ə) vasitəsilə İlahi əxlaqa yiyələnsin.