Halal ruzi qazanmağın 8 formulu


Digərləri 03 Okt 2021 23:50:00 132 0

Halal ruzi qazanmağın 8 formulu

İbadətin 70 bölməsi vardır. Onun ən böyük hissəsi - halal ruzi qazanmaqdır. Övladın atası üzərindəki haqqı budur ki, ruzisini halal yolla təmin etsin. İmam Sadiq (ə) buyurur: "Hər kim duasının yerinə yetməsini istəyirsə, gərək gəlirini halal etsin. Qarnında haram tikə olan heç bir bəndənin duası Allah dərgahına yuxarı qalxmır". (Tebyan)

Dinimiz halal ruzi qazanmağın formulunu müəyyən edib bizlərə çatdırmışdır. Onlara işarə edək:

1. Allahın Rəzzaq olduğunu qəbul edək.

İnsanların əlində olana ümid bəsləməmək və etinasızlıq etmək - ən böyük zənginlikdir. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Allahdan qeyrisindən əlini kəsərsə, Allah onun həyat xərcini təmin edər. Gözləmədiyi yerdən ruzi verər. Ancaq o kəsin ki, ümid gözü dünyada olar, Allah onu dünyaya tapşırar".

2. Halal ruzi qazanmaq üçün səy et.

Halal ruzi qazanmaq hər bir müsəlmana vacibdir. Bu yolda səy etmək o qədər əhəmiyyətli mövzudur ki, Həzrət Peyğəmbər (s) buyurub: "Hər kim öz əli ilə işləyər və ruzi yeyərsə, Qiyamət günü peyğəmbərlərin zümrəsində olar. Allah ona peyğəmbərlərin savabını verər". Lakin səylə bərabər, müsəlman səbirli olmalıdır. Çünki əgər səbirsizlik etsə, İmam Əlinin (ə) buyurduğu kimi, özünü halal ruzidən məhrum edər. Təqdir edilmiş ruzidən artığı nəsibi olmaz.

3. Qənaətcil ol və ailəni də buna adət etdir.

Hər kəs kifayət qədər qənaət edərsə, rahatlıq tapar. Özü üçün rifah yaradar. İmam Rza (ə) buyurur: "Hər kim Allah tərəfindən olan az ruziyə razı olar, Allah onun az əməlindən razı olar".

4. Hər bir haramdan çəkin.

Müsəlman ruzisini halal yolla qazanmalıdır. Bu gün insanların çoxu bu mövzuda dini vəzifələrini bilmədikləri üçün, haram tikəni rahatlıqla yeyə bilirlər. Misal üçün bankdan sələm alır və onu rahat şəkildə xərcləyirlər.

5. Malının xümsünü ver.

Xüms zahirdə malı azalmış şəkildə göstərər. Lakin batində bərəkət gətirər. Axirət üçün sərmayə qoymaqdır. Əgər Allahdan və Peyğəmbərdən (s) borc almaq istəyirsənsə, gərək özün üçün xüms ili təyin edəsən. Xeyir iş və sədəqə - yoxsulluğu aradan aparar. Ömrü artırar, yetmiş pis ölümü insandan uzaq edər. İmam Əli (ə) buyurur: "Sədəqə verərək ruzinizi yerə endirin".

6. Səhər tezdən iş başına get.

Həzrət Peyğəmbər (s) buyurur: "Ruzinin ardınca getmək üçün səhəri tez dur. Çünki günün əvvəlindəki hərəkət - bərəkət və qələbə (mənbəyidir)".

İmam Rza (ə) buyurur: "Gecə namazına riayət edin ki, gecə namazı günün ruzisini zəmanət edəndir".

7. Sileyi-rəhm et.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim ömrünün uzun və ruzisinin çox olmasını istəyirsə, İlahi təqvaya riayət etsin və sileyi-rəhm etsin". "Sileyi-rəhm əməli pakizə, malı çox və bəlanı aradan qaldırar, hesabı asan edər, ölümü təxirə salar".

8. Xoş əxlaqlı ol.

İmam Əli (ə) buyurur: "İnsan yaxşı niyyət və yaxşı əxlaq ilə axtardığı bütün şeyləri: xoş həyatı, təhlükəsizliyi və çoxlu ruzini əldə edər".

İmam (ə) yenə buyurur: "Yaxşı əməl və xoş əxlaq evi abad və ömrü uzun edər".

İmam Əli (ə) başqa yerdə buyurur: "Pis əxlaq ruzini daraldar".

Allah Təala ruzimizi bərəkətli etsin.

Zikr deyəndə, gərək ürəklə dil həmahəng olsun like
  • 03 Okt 23:45  
Digərləri Zikr deyəndə, gərək ürəklə dil həmahəng olsun

Nə zaman bir alimin məclisində əyləşsək, ondan maddi və mənəvi dünyam

arrow Ətraflı
“TikTok” fenomeni faciəvi şəkildə öldü like
  • 03 Okt 23:43  
Dünya “TikTok” fenomeni faciəvi şəkildə öldü

Meksikada 19 yaşlı "TikTok" fenomeni Qabriel Salazar faciəvi şəki

arrow Ətraflı
Beşgünlük dünyadan sonra gələcək əbədiyyət barədə düşün like
  • 03 Okt 23:40  
Digərləri Beşgünlük dünyadan sonra gələcək əbədiyyət barədə düşün

İmam Əli (ə) cümə günlərinin birində xütbə deyərkən, əvvəl Allaha

arrow Ətraflı
"İran Azərbaycana hücum edərsə, Səddam Hüseynin aqibətini yaşayacaq" like
  • 03 Okt 23:22  
Siyasət "İran Azərbaycana hücum edərsə, Səddam Hüseynin aqibətini yaşayacaq"

Bu gün Səudiyyə Ərəbistanından olan tanınmış yazar Tarik əl-Homayed İ

arrow Ətraflı
Paşinyan Prezident İlham Əliyevlə görüşə hazır olduğunu bildirib like
  • 03 Okt 23:21  
Dünya Paşinyan Prezident İlham Əliyevlə görüşə hazır olduğunu bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev

arrow Ətraflı
Niyə istəklərimizin bir çoxuna çata bilmirik? like
  • 03 Okt 23:20  
Digərləri Niyə istəklərimizin bir çoxuna çata bilmirik?

İnsanın meyl və həvəsləri çox şey istəyir. Bəzən istəklərimiz aqilc

arrow Ətraflı
Moskva yaxınlığında vertolyot qəzası: 3 ölü like
  • 03 Okt 23:19  
Dünya Moskva yaxınlığında vertolyot qəzası: 3 ölü

Moskva şəhəri ətrafında kiçikmühərrikli "Robinson R-44" markal

arrow Ətraflı
3 tələbə qızı öldürməkdə şübhəli bilinən şəxs tutuldu like
  • 03 Okt 23:18  
Dünya 3 tələbə qızı öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Rusiyanın Orenburq vilayətinin Qay şəhərində üç tələbə qızı öldür

arrow Ətraflı
Mir Şahinin vaxtı  VİDEO like
  • 03 Okt 23:16  
Siyasət Mir Şahinin vaxtı VİDEO

Mirşahin Ağayevin rəhbərliyi ilə fəaliyyət göstərən "Real TV"

arrow Ətraflı
Fitnesin xeyri haqda 9 fakt... like
  • 03 Okt 23:15  
Digərləri Fitnesin xeyri haqda 9 fakt...

Çoxları fitnesin yalnız artıq çəki yığmamaq üçün lazım olduğunu dü

arrow Ətraflı
Mantu sınağı like
  • 03 Okt 23:10  
Digərləri Mantu sınağı

Bir çox insanlar bu sınağı peyvənd kimi dərk edirlər. Lakin bu peyvənd d

arrow Ətraflı
Məclisdə pıçıldaşmayın like
  • 03 Okt 22:55  
Digərləri Məclisdə pıçıldaşmayın

Bir məclisə gedən zaman əgər diqqət etsəniz görərsiniz ki, bir qrup hə

arrow Ətraflı
Behiştin 8 qapısının üzərində nə yazılıb? like
  • 03 Okt 22:50  
Digərləri Behiştin 8 qapısının üzərində nə yazılıb?

Həzrət Peyğəmbərə (s) xəbər verirlər ki, Osman ibni Məzun övladının

arrow Ətraflı
Hansı amillər insanda qəm və qüssəni yaradır like
  • 03 Okt 22:45  
Digərləri Hansı amillər insanda qəm və qüssəni yaradır

Qəm və qüssə - ruhun elə bir halıdır ki, insana əziyyət verir. İnsanla

arrow Ətraflı
Uşaqları 7 yaşından namazla tanış etmək lazımdır like
  • 03 Okt 22:40  
Digərləri Uşaqları 7 yaşından namazla tanış etmək lazımdır

Ailə - övladın tərbiyə və yetişdiyi ocaqdır. Valideyn çalışmalıdır

arrow Ətraflı