Beşgünlük dünyadan sonra gələcək əbədiyyət barədə düşün


Digərləri 03 Okt 2021 23:40:00 90 0

Beşgünlük dünyadan sonra gələcək əbədiyyət barədə düşün

İmam Əli (ə) cümə günlərinin birində xütbə deyərkən, əvvəl Allaha həmd etmiş və sonra da Peyğəmbərə (s) salavat göndərmişdir. Sonra buyurmuşdur: "Allah bəndələri! Sizlərə nəfsinizi tərbiyə etməyi və təqvaya riayət etməyi tövsiyə edirəm. Allahın itaətini qənimət bilin. Bacardığınız və gücünüz çatan qədər ömrünüzün keçən günlərində Allaha itaəti və əmrinin ardınca getməyi qənimət bilin. Bacardığınız qədər ölümün sizin üçün gətirə biləcəyi müsibətlərlə mübarizə aparmaq üçün saleh əməl hazırlayın. Ölümü o qədər böyük hesab edin ki, övliyalar və böyük alimlər ölümə mübarizədə titrəyirdilər. Ölümdən sonra bərzəx aləminin başlanğıcında baş verən hadisələr o qədər əzəmətli, çətin və dözülməzdir ki, bundan xəbərdar olan Allah bəndələri belə, titrəyərlər. Bu müşküllərlə mübarizə aparmaq üçün bir yol mövcuddur. Bu da saleh əməl və Allah yolunda iş görməkdir. Orada insanın dadına çatacaq tək şey - saleh əməldir. Mən sizə əmr edirəm. Mən - Əmirəl-mömininəm. Mənəvi və maddi əmir, zahiri və batini əmir, cisim və canın əmiriyəm. Maddiyyatın fikrində bu qədər olmayın. Çünki bunların hamısı, hamısı məhv olacaqdır.

Baxmayaraq ki, siz bu malın, bu eyşin, bu vəzifənin sizi buraxmasını istəmirsiniz, ancaq o, sizi buraxacaqdır. Bu dünya cisimlərinizi cürüdər və torpaq edər. Baxmayaraq ki, siz istəyirsiniz ki, o, sağ olsun - bu dünya sizi qocaldar. Sizi zəiflədər və gücünüzü məhv edər. Baxmayaraq ki, siz istəyirsiniz ki, bu güc həmişə sizdə qalsın və günü-gündən təzələnsin. Küçədə sürətlə yol gedərkən, uzaqda olan nişanəni görürsünüz. Ancaq istəsəniz də, istəməsəniz də, yol gedərək ona çatacaqsınız. Bu küçə - həmin dünyadır. O nişanə - daş və o elm - əcəldir.

Zahiri cah-cəlala görə, izzət və ad üçün bir-birinizlə rəqabət etməyin, həsəd aparmayın. Dünyanın zinətinə və nemətinə görə heyrətlənməyin. Dünyanın qısa həyatının çətinliklərinə görə qüssə yeməyin. Bu zinət və izzət məhv olmağa üz tutub. Cavanlıq və gözəllik öz yerini qocalığa və iztiraba vermişdir. Çətinliklər tamam olar və aradan gedər. Bütün zamanlarda bu aləm və bu həyat sona tərəf hərəkət edər. Bütün canlılar cürüməyə tərəf gedər".

Bəli, Əmirəl-möminin (ə) bizə məsləhət görür ki, fani olan bu dünyaya bel bağlamayaq və bir neçə günlük dünyada şöhrət və ad-san qazanmaq üçün bir-birimizə həsəd aparmayaq və rəqabət etməyək. Əksinə saleh əməl görək ki, qəbir evində dadımıza çatsın.

"İran Azərbaycana hücum edərsə, Səddam Hüseynin aqibətini yaşayacaq" like
  • 03 Okt 23:22  
Siyasət "İran Azərbaycana hücum edərsə, Səddam Hüseynin aqibətini yaşayacaq"

Bu gün Səudiyyə Ərəbistanından olan tanınmış yazar Tarik əl-Homayed İ

arrow Ətraflı
Paşinyan Prezident İlham Əliyevlə görüşə hazır olduğunu bildirib like
  • 03 Okt 23:21  
Dünya Paşinyan Prezident İlham Əliyevlə görüşə hazır olduğunu bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev

arrow Ətraflı
Niyə istəklərimizin bir çoxuna çata bilmirik? like
  • 03 Okt 23:20  
Digərləri Niyə istəklərimizin bir çoxuna çata bilmirik?

İnsanın meyl və həvəsləri çox şey istəyir. Bəzən istəklərimiz aqilc

arrow Ətraflı
Moskva yaxınlığında vertolyot qəzası: 3 ölü like
  • 03 Okt 23:19  
Dünya Moskva yaxınlığında vertolyot qəzası: 3 ölü

Moskva şəhəri ətrafında kiçikmühərrikli "Robinson R-44" markal

arrow Ətraflı
3 tələbə qızı öldürməkdə şübhəli bilinən şəxs tutuldu like
  • 03 Okt 23:18  
Dünya 3 tələbə qızı öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Rusiyanın Orenburq vilayətinin Qay şəhərində üç tələbə qızı öldür

arrow Ətraflı
Mir Şahinin vaxtı  VİDEO like
  • 03 Okt 23:16  
Siyasət Mir Şahinin vaxtı VİDEO

Mirşahin Ağayevin rəhbərliyi ilə fəaliyyət göstərən "Real TV"

arrow Ətraflı
Fitnesin xeyri haqda 9 fakt... like
  • 03 Okt 23:15  
Digərləri Fitnesin xeyri haqda 9 fakt...

Çoxları fitnesin yalnız artıq çəki yığmamaq üçün lazım olduğunu dü

arrow Ətraflı
Mantu sınağı like
  • 03 Okt 23:10  
Digərləri Mantu sınağı

Bir çox insanlar bu sınağı peyvənd kimi dərk edirlər. Lakin bu peyvənd d

arrow Ətraflı
Məclisdə pıçıldaşmayın like
  • 03 Okt 22:55  
Digərləri Məclisdə pıçıldaşmayın

Bir məclisə gedən zaman əgər diqqət etsəniz görərsiniz ki, bir qrup hə

arrow Ətraflı
Behiştin 8 qapısının üzərində nə yazılıb? like
  • 03 Okt 22:50  
Digərləri Behiştin 8 qapısının üzərində nə yazılıb?

Həzrət Peyğəmbərə (s) xəbər verirlər ki, Osman ibni Məzun övladının

arrow Ətraflı
Hansı amillər insanda qəm və qüssəni yaradır like
  • 03 Okt 22:45  
Digərləri Hansı amillər insanda qəm və qüssəni yaradır

Qəm və qüssə - ruhun elə bir halıdır ki, insana əziyyət verir. İnsanla

arrow Ətraflı
Uşaqları 7 yaşından namazla tanış etmək lazımdır like
  • 03 Okt 22:40  
Digərləri Uşaqları 7 yaşından namazla tanış etmək lazımdır

Ailə - övladın tərbiyə və yetişdiyi ocaqdır. Valideyn çalışmalıdır

arrow Ətraflı
Duanın qəbul olunmasının 2 şərti like
  • 03 Okt 22:20  
Digərləri Duanın qəbul olunmasının 2 şərti

"Dedi: "Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanmaq istəy

arrow Ətraflı
Zobun müalicəsində... qurbağa kömək edirmi? like
  • 03 Okt 22:15  
Digərləri Zobun müalicəsində... qurbağa kömək edirmi?

Çox güman ki, siz də bu haqda eşitmisiniz. Məsələn, uzun illər ərzində

arrow Ətraflı
Məhsullarda olan vitaminləri necə qoruyub saxlayaq? like
  • 03 Okt 22:15  
Digərləri Məhsullarda olan vitaminləri necə qoruyub saxlayaq?

Məlumdur ki, bir çox qida məhsulları  düzgün qaydada bişmədikdə demək

arrow Ətraflı