"İran Azərbaycana hücum edərsə, Səddam Hüseynin aqibətini yaşayacaq"


Siyasət 03 Okt 2021 23:22:00 114 0

"İran Azərbaycana hücum edərsə, Səddam Hüseynin aqibətini yaşayacaq"

Bu gün Səudiyyə Ərəbistanından olan tanınmış yazar Tarik əl-Homayed İranın Azərbaycanla həmsərhəd bölgədə keçirdiyi hərbi təlimlə bağlı "Şarkul Avsat"da məqalə dərc edib.

Son.az konkret.az-a istinadən bildirir ki, müəllif yazır: İran təxminən 700 kilometrlik sərhədi olan şimal qonşusu Azərbaycanla münasibətlərində hiss olunacaq dərəcədə gərginlik yaşayır. Səbəbi nədir, hər halda deyə bilərik ki, Azərbaycan tərəfi Qarabağa qanunsuz şəkillə soxulmağa çalışan İranın neft daşıyan tanker-avtomobillərinə rüsum tətbiq edəndən sonra iki ölkə arasında xoşagəlməz meyllər ortaya çıxıb.

Cənab Əl-Homayed bilməyənlər üçün də xatırlatma olsun deyə qeyd edir ki, İrandan Ermənistana daxil olan yolun bir qismi Azərbaycan torpaqlarından keçir. Azərbaycanla Ermənistan arasında baş vermiş məlum müharibədən sonra məhz TIR-ların qısa və rahatlığını nəzərə alaraq istifadə etdiyi yolun keçdiyi qəsəbə və ətraf ərazilər Azərbaycanın nəzarətinə verildi. Amma, müəllif sual verir ki, Azərbaycan tərəfinin İran TIR-larından öz ərazilərinə daxil olduqları üçün rüsum alması iki ölkə arasında müharibənin başlamasına səbəb verə və yaxud da İranın Azərbaycan sərhədlərində hərbi təlimlər keçirməsinə zərurət yarada bilərmi? Bircə cavabı var: yox!

"İranın narahatlığını artıran məsələ, rəsmi Tehranın öz təbirincə desək, İsrail, Azərbaycan və Türkiyənin bölgənin geopolitik düzənini dəyişdirməyə istiqamətlənmiş addımlar atmasıdır. Burada hekayənin can alıcı nöqtəsinə gəlirik: Tahra İraq - İran və Əfqanıstan - İran sərhədlərini yönləndirən ABŞ-ın çəmbərində yaşadığı 20 illik sərhəd narahatlığını alovlandıracaq yeni sərhəd hekayəsini yaşamaq istəmir" deyən səudiyyəli yazar bildirir ki, İran əvvəllər də olduğu kimi, öz torpaqlarından kənarda oynamaqdadır.

Tarik əl-Homayed yazır ki, sitat: əldə etdiyim məlumata əsasən, rəsmi Tehran bu gün Azərbaycan - Türkiyə - İsrail yaxınlaşmasından olduqca narahatdır. Pakistan - Taliban yaxınlaşması məsələsində də ciddi əndişələri var. İş bunla bitmir - İran həm də İsrailin bəzi Körfəz ölkələri ilə diplomatik müstəvidə yaxınlaşmasından narahatdır. İsrail Xarici İşlər nazirinin Bəhreynə səfərinə İranın göstərdiyi sərt reaksiya da bunun bariz nümunəsidir.

"İranın Azərbaycanla aralarındakı iplərin gərilməsinin əsas hekayəsi və hərbi əməliyyat dili ilə danışması, Tehranın alov alan sərhədlərinin təhlükəsini bir neçə istiqamətdən hiss etməyə başladığını göstərir. Ona görə də bu gün İran silahlı qruplar və agentlər vasitəsilə sərhədlərində oynanılan uzunmüddətli bir oyunun ardından narahatlığını aradan qaldırmaq istəyir. Amma yaxşı, İran medianın eyham vurduğu və ya xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın təhdid etdiyi kimi, Azərbaycana qarşı hərbi əməliyyat keçirməyi planlaşdırırmı? Abdullahiyan Azərbaycan Prezidentinin açıqlamalarına cavab olaraq "təəccübedici və üzücü olduğunu", ölkəsinin İsrailin milli təhlükəsizliyinə qarşı hərəkət etməsinə və hər hansı fəaliyyətlər yürütməsinə icazə verməyəcəyini, hətta lazım olarsa bu müstəvidə əməli addımlar atacağını demişdi", - müəllif xatırladır.

Müəllif qeyd edir ki, İran bəlkə də bu addımları atmaqla əhalinin diqqətini ölkəni bürüyən sosial böhrandan yayındırmağa çalışır. Amma Azərbaycana hücum edərsə, çox güman ki, vaxtilə Səddam Hüseyn Küveytə girməklə etdiyi strateji səhvi təkrarlayar.

"Bax o zaman İran heç şübhəsiz, sadəcə sərhəd məsələsində deyil, bir neçə istiqamətdə tələyə düşəcək. Bu halda İran kəskin və ciddi oxların hədəfi olacaq", - deyir Səudiyyə yazarı Tarik əl-Homayed.

Paşinyan Prezident İlham Əliyevlə görüşə hazır olduğunu bildirib like
  • 03 Okt 23:21  
Dünya Paşinyan Prezident İlham Əliyevlə görüşə hazır olduğunu bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev

arrow Ətraflı
Niyə istəklərimizin bir çoxuna çata bilmirik? like
  • 03 Okt 23:20  
Digərləri Niyə istəklərimizin bir çoxuna çata bilmirik?

İnsanın meyl və həvəsləri çox şey istəyir. Bəzən istəklərimiz aqilc

arrow Ətraflı
Moskva yaxınlığında vertolyot qəzası: 3 ölü like
  • 03 Okt 23:19  
Dünya Moskva yaxınlığında vertolyot qəzası: 3 ölü

Moskva şəhəri ətrafında kiçikmühərrikli "Robinson R-44" markal

arrow Ətraflı
3 tələbə qızı öldürməkdə şübhəli bilinən şəxs tutuldu like
  • 03 Okt 23:18  
Dünya 3 tələbə qızı öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Rusiyanın Orenburq vilayətinin Qay şəhərində üç tələbə qızı öldür

arrow Ətraflı
Mir Şahinin vaxtı  VİDEO like
  • 03 Okt 23:16  
Siyasət Mir Şahinin vaxtı VİDEO

Mirşahin Ağayevin rəhbərliyi ilə fəaliyyət göstərən "Real TV"

arrow Ətraflı
Fitnesin xeyri haqda 9 fakt... like
  • 03 Okt 23:15  
Digərləri Fitnesin xeyri haqda 9 fakt...

Çoxları fitnesin yalnız artıq çəki yığmamaq üçün lazım olduğunu dü

arrow Ətraflı
Mantu sınağı like
  • 03 Okt 23:10  
Digərləri Mantu sınağı

Bir çox insanlar bu sınağı peyvənd kimi dərk edirlər. Lakin bu peyvənd d

arrow Ətraflı
Məclisdə pıçıldaşmayın like
  • 03 Okt 22:55  
Digərləri Məclisdə pıçıldaşmayın

Bir məclisə gedən zaman əgər diqqət etsəniz görərsiniz ki, bir qrup hə

arrow Ətraflı
Behiştin 8 qapısının üzərində nə yazılıb? like
  • 03 Okt 22:50  
Digərləri Behiştin 8 qapısının üzərində nə yazılıb?

Həzrət Peyğəmbərə (s) xəbər verirlər ki, Osman ibni Məzun övladının

arrow Ətraflı
Hansı amillər insanda qəm və qüssəni yaradır like
  • 03 Okt 22:45  
Digərləri Hansı amillər insanda qəm və qüssəni yaradır

Qəm və qüssə - ruhun elə bir halıdır ki, insana əziyyət verir. İnsanla

arrow Ətraflı
Uşaqları 7 yaşından namazla tanış etmək lazımdır like
  • 03 Okt 22:40  
Digərləri Uşaqları 7 yaşından namazla tanış etmək lazımdır

Ailə - övladın tərbiyə və yetişdiyi ocaqdır. Valideyn çalışmalıdır

arrow Ətraflı
Duanın qəbul olunmasının 2 şərti like
  • 03 Okt 22:20  
Digərləri Duanın qəbul olunmasının 2 şərti

"Dedi: "Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanmaq istəy

arrow Ətraflı
Zobun müalicəsində... qurbağa kömək edirmi? like
  • 03 Okt 22:15  
Digərləri Zobun müalicəsində... qurbağa kömək edirmi?

Çox güman ki, siz də bu haqda eşitmisiniz. Məsələn, uzun illər ərzində

arrow Ətraflı
Məhsullarda olan vitaminləri necə qoruyub saxlayaq? like
  • 03 Okt 22:15  
Digərləri Məhsullarda olan vitaminləri necə qoruyub saxlayaq?

Məlumdur ki, bir çox qida məhsulları  düzgün qaydada bişmədikdə demək

arrow Ətraflı
Vərəm infeksiyasına hər bir insan yoluxa bilər! like
  • 03 Okt 22:10  
Digərləri Vərəm infeksiyasına hər bir insan yoluxa bilər!

Hətta müasir cəmiyyətdə vərəm ən təhlükəli infeksiyalardan biri sayı

arrow Ətraflı