3 tələbə qızı öldürməkdə şübhəli bilinən şəxs tutuldu


Dünya 03 Okt 2021 23:18:00 239 0

3 tələbə qızı öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Rusiyanın Orenburq vilayətinin Qay şəhərində üç tələbə qızı öldürməkdə şübhəli bilinən 30 yaşlı Aleksandr Lazarev Orskda avtomobil oğurlamaq istəyərkən saxlanılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən TASS-a bildirilib.

Qeyd edək ki, oktyabrın 1-də Qay şəhərində binada baş verən yanğının söndürülməsi zamanı mənzildən 17, 18 və 19 yaşlarında üç qızın cəsədi tapılıb. Onlardan ikisinin meyiti kirayə qaldıqları mənzildə, üçüncü isə sonradan evin yaxınlığında aşkar olunub.

Araşdırma zamanı məlum olub ki, qızlar Başqırstandan Orenburqa təhsil almaq üçün gəliblər və orada kirayə qalırmışlar.

Cinayət işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatının nəzarətində olduğu bildirilir.