Uşaqları 7 yaşından namazla tanış etmək lazımdır


Digərləri 03 Okt 2021 22:40:00 147 0

Uşaqları 7 yaşından namazla tanış etmək lazımdır

Ailə - övladın tərbiyə və yetişdiyi ocaqdır. Valideyn çalışmalıdır ki, övladını cəmiyyətə təhvil verməmişdən qabaq onun etiqadını gücləndirsin və vacibatları ilə tanış etsin.

Uşaq - ictimai bir varlıqdır. O, cəm içində olmağı xoşlayır və onların arasında şəxsiyyətini tanıtmaq istəyir. Bu, elə bir zəminədir ki, valideyn onun vasətislə övladına dini öyrədə bilər.

İnsanın bütün əxlaq və rəftar sifətləri uşaqlıq dövründə formalaşar. Ona görə də ata və ana gərək övladlarına ilk andan düzgün tərbiyə verməyə çalışsınlar. İmam Əlinin (ə) buyurduğu kimi, övladlarınızı elə tərbiyə edin ki, itaətkar və Allahdan qorxan olsunlar. Bunun üçün də gərək valideyn özü Allahını tanısın, Ondan qorxsun və Onu sevsin. Çünki bütün valideynlər övladları üçün numunədirlər. Onların rəftar və adətləri övladlarının şəxsiyyətini formalaşdırır.

Valideyn çalışmalıdır ki, övladı Quranla ünsiyyət qursun və məclislərə getməyə həvəsli olsun. Ona görə də ilk növbədə valdieyn özü namazına diqqət etməli və onu əvvəl vaxtda qılmalıdır. Yeməyi "Bismillah" kəlməsi ilə başlamalıdır. O zaman ki, Allahdan danışar, behişt və cəhənnəmi yada salmalıdır. O zaman ki, əzadarlıq məclisinə gedər və qara geyinər, övladına düzgün tərbiyə vermiş olar.

Uşaqlar çox zaman dini və mənəvi mövzularda suallar verirlər. Valideyn çalışmalıdır ki, bu suallara uşağın dərk edə biləcəyi səviyyədə cavab versin. Çünki bu, uşağın zehninin sağlam formalaşmasına müsbət təsir qoyar. Əlbəttə, valideynin rəftarı gərək elə olmasın ki, övladı dini yalnız vacibatlarla məhdud bilsin. Dinin buyurduğu başqa şeyləri də misal üçün: əmanətdarlıq, xeyirxahlıq, məsuliyyət kimi mövzulara da əhəmiyyət versin. Bunları öz dini vəzifəsi hesab etsin.

Uşaq böyüklərin rəftarını təqlid etməyi sevir, ona görə də onu dini məclislərə aparın və camaat namazında iştirak etməsi üçün şərait yaradın. Onu özünüzlə məscidə aparın. O, da böyüklərin olduğu yerlərdə olmaq istəyir və onların rəftarını təkrar etmək istəyir. Bu şəraiti onun üçün yaradın. Bütün bunlar övladınızın dini şəxsiyyətinin formalaşmasında və insan kimi yetişməsində mühüm rola malikdir.

Övladınızı kiçik yaşlarından namazla tanış edin. İmam Əli (ə) bu hadqa buyurur: "Övladlarınıza namazı öyrədin və səkkiz yaşından onları namaz qılmağa vadar edin".

Bir nəfər İmam Rzadan (ə) soruşur: "O kəsin ki, övladı bir-iki gün namaz qılmır, onu məcbur edə bilərmi?". Həzrət (ə) buyurdu: "Həmin oğlanın neçə yaşı var?". Deyir: "8". Həzrət (ə) təəccüblə soruşur: "Sübhənallah! Namaz qılmır? Həmin kişi deyir: "Xəstəliyi vardır". Həzrət (ə) buyurur: "Nə qədər bacarır, namaz qılsın. 7 yaşından sonra ata və ana gərək övladını dinin əsası və sütunu olan namazla tanış etsinlər. Davamlı təşviqlərin vasitəsilə çalışsınlar ki, uşağı namaza adət etsin və Allahla daha çox tanış olsun".

Övladlarınızın şəxsiyyətinə hörmət edin və onlarla ədəblə rəftar edin. O zaman ki, uşaq valideynin qucağında olar, nəvazişini hiss edər - izzət və şəxsiyyəti təhqir olunmaz. Ruhi cəhətdən sağlam olar və özünü sevildiyi yerdə hiss edər. Lakin o zaman ki, uşağa qarşı davamlı olaraq təhqiramiz və tənəli rəftar nümayiş etdirərsiniz, o, özünü dəyərsiz bir varlıq kimi hiss edər. İzzəti-nəfsini əldən verər. Bu da onun süqut etməsinin başlanğıcı olar. Əksinə, ailədə daima hörmət görən uşaq güclü izzəti nəfsə malik olar və özünə etimad edər.

Son.azm