Andropauza (kişi menopauzası) nədir və müalicə


Digərləri 03 Okt 2021 22:05:00 111 0

Andropauza (kişi menopauzası) nədir və müalicə

Andropauza - kişi klimaksı və ya androgen defisiti olub yaşla bağlı yaranır, qanda testosteron miqdarının enməsi ilə müşahidə olunur.

Kişi andropauzanın səbəbləri

Bir kişidə cinsi hormonlarının istehsal səviyyəsi 35-40 yaşlarından sonra azalmağa başlayır. Bu, kiçik bir itkidir və insan o qədər də belə itkini hiss etmir. Testosteron səviyyəsi hər il orta hesabla 2% azalır. Tədricən reproduktiv funksiyaların tamamilə yox olması 60-80 yaşlarında baş verir.

Cinsi hormonların səviyyəsinin azalması bədəndə bir sıra dəyişikliklərə səbəb olur. Özlərini fiziki (erektil disfunksiya və s.) və psixoemosional (yaddaş pozğunluğu, apatiya və digərləri) simptomlar kimi göstərə bilərlər. Belə hallarda andropauzadan danışılır. Normalda 45-60 yaş arası kişilərdə inkişaf edir və 10-15 il davam edir.

Erkən andropauza 45 yaşından əvvəl görülərsə, buna erkən andropauza deyilir. 60 yaşdan sonra başlarsa, norma variant hesab olunur. Bu vəziyyətdə hormonal səviyyənin azalması orqanizmin təkcə  təbii yaşlanma prosesləri ilə izah edilə bilməz. Problemin erkən başlaması üçün risk faktorlarına aşağıdakılar daxildir:

-toksinlərə və ya radiasiyaya məruz qalma; -testislərdə qan dövranı pozğunluqları; -sidik-cinsiyyət orqanlarının iltihabi xəstəlikləri; -testis, hipofiz və tiroid vəzinin xəstəlikləri; -xayalarda yaranan xoş və bədxassəli törəmələr; -siqaret və spirtli içkidən sui-istifadə; -genetik meyllik; -xroniki yuxu pozulması və stress; -balanssız qidalanma; -artıq çəki

Andropauza əlamətləri hansılardır?

Kişi orqanizmində testosteron çatmazlığı əlamətləri bunlardır:

tərləmə, qızdırma hissi (qadınların "isti basmaları"na bənzəyir); nəbz sayının artması; qan təzyiqi yüksəlməsi; başgicəllənmə; ürək bölgəsində ağrı (xüsusilə, stress zamanı baş verən) hissi; qıcıqlanma, narahatlıq, yaddaşın pozulması, tez -tez qəzəblənmə, ardınca apatiya daxil olmaqla sinir sistemi və psixikadan gələn müxtəlif şikayətlər.

Andropauza özü qocalma prosesini sürətləndirir, əzələlərin və sümüklərin, dərinin, saçın, dırnaqların vəziyyətini pisləşdirir. Qan təzyiqi problemləri və testosteronun azalması erektil disfunksiyaya və cinsi istəyin azalmasına səbəb ola bilər. Bu faktorların və ya ayrı bir simptomun nəticəsi olaraq, kişidə menopoz uzun müddət depressiyaya səbəb gətirib çıxarır.

Sadalanan əlamətlərin bir çoxu andropauzadan şübhələnməyə əsas verir. Uroloq, yaxud androloq bütün şikayətlərə, testosteron səviyəsinə və lazımi digər müayinələrə əsasən diaqnozu dəqiqləşdirir.

Müalicənin prinsipləri

Amdropauza müalicə tələb edən vəziyyətdir. Həkim ətraflı müaynədən sonra müalicə təyin edir. Normal testosteron səviyyəsi bərpa olunur, digər əlamətləri qaldırmaq üçün dərmanlar tətbiq edilir. Dərman müalicəsindən əlavə məsləhət görülən həyat tərzini tənzimləmək, düzgün yuxu və istirahət rejiminə riayət etmək cinsi aktivliyin bərpasına yardımçı olur.Siqaret və spirtli içkilərdən imtina etmək, stresli vəziyyətlərdən uzaq durmaq da vacib əhəmiyyət daşıyır.

Müalicə olunmazsa, andropauza hansı ağırlaşmalar yaradır?

Testosteron defisiti kişi orqanizminin praktik olaraq  bütün proseslərinə təsir edir. Reproduktiv funksiyaların tükənməsinə əlavə olaraq immuniteti azaldır, nevrasteniya inkişaf etdirir, xroniki bir xəstəlik varsa, ağırlaşdırlr və onkoloji patologiyalar riskini artırır.

Çox tez-tez kişilərdə testosteron çatışmazlığı fonunda prostat adenoması - prostat toxumasının törəməsi inkişaf edir. Sidik ifrazı problemlərinə, erektil pozulmalara və həyat keyfiyyətini aşağı salan digər simptomlara səbəb ola bilir. Andropauza, həmçinin, demans (yaddaş zəifliyi), infarkt və insult riskini artırır.

Fəsadların qarşısını almaq üçün kişilərə bir uroloq və ya androloqa müraciət etmələri və mütəmadi olaraq profilaktik müayinələrdən keçmələri tövsiyə olunur.

Hira Abbey Son.az