Niyə kafirlərə nemət verilir?


Digərləri 03 Okt 2021 21:45:00 119 0

Niyə kafirlərə nemət verilir?

Yəqin ki, siz də bir gün özünüzü başqaları ilə müqayisə etmisiniz. Öz rifahınızı, şadlığınızı, nemətinizi. Bu müqayisəni təkcə fərdlər aralarında etmirlər, bəlkə qruplar və firqələr də bu müqayisəni edirlər.

Misal üçün öz ölkəmizin iqtisadi və ictimai vəziyətini başqa ölkələr ilə müqayisə edirik. Onların yaxşı iqtisadi vəziyyətə malik olduqlarını görən zaman belə düşünürük ki, kafirlər möminlərdən üstündürlər. Quran da bu müqayisəyə diqqət etmiş və buyurmuşdur: "Məgər kitabdan (Tövrat və İncildən) bir pay verilmiş kəsləri görmədinmi ki, hər büt və azğına iman gətirir və küfr edən kəslər barəsində "onlar iman gətirənlərdən daha doğru yoldadırlar" deyirlər?!". ("Nisa" 51).

Bu təfəkkürün kökü haradan gəlir?

Həzrət Peyğəmbərə (s) ilk iman gətirənlər pak qəlbə malik olan yoxsul sinif idi. Onların əli dünya malından boş idi. Bu məhrum insanlar nicat yollarını İlahi dində bilmiş və bu yolda hümmət göstərmişdilər. Bilal, Səlman, Əmmar, Xəbab kimi. Cahiliyyət dövründə də başqa zamanlarda olduğu kimi cəmiyyətdə bər-bəzək və cah-cəlal çox idi. Nəzr ibni Haris kimi zəngin zalımlar öz sərvətləri ilə öyünürdülər. Deyirdilər ki, bizim şəxsiyyətimizin nişanəsi bizimlədir. Sizin şəxsiyyətsizliyiniz - həmin yoxsulluq və məhrumiyyətdir.

Bəli, kafirlər möminlərin yanında iki şeyləri ilə öyünürdürlər ki, biri iqtisadi vəziyyətləri idi və o birisi isə ictimai. Onlar bu üstünlüyü haqli olmaqlarının nişanəsi kimi göstərirdilər. Onların nəzərinə görə maddi və ictimai zahir - mövqe və əqidənin düzgünlük meyarıdır.

Besət dövrünün kafirləri müsəlmanların siyasi, ictimai və iqtisadi çətinliklərini əqidələrinin yanlış olması ilə bağlayırdılar. Bu təfəkkürə indi də rast gəlmək olur. Əslində isə bu, bizim şəxsi problemimiz olub, izzət və ehtiramın meyaranı onda görməyə başlamışıq. Yəni, bizim üçün nəsil, ad, şöhrət, iqtisadi və ictimai vəziyyət mühüm mövzuya çevrilmişdir. İmam Əli (ə) buyurur: "Çoxlu sərvət - möminlərin düşməni və münafiqlərin rəhbəridir".

İnsanları bir-birindən üstün edən meyar - təqva olmalıdır. Rəhmətlik İmam (r) bu haqda buyurur: "O kəsin ki, təqvası çoxdur, o kəsin ki, Allah qorxusu çoxdur, o kəslər ki, Allaha xidmət edirlər - onlar üstündürlər. Hamı qardaş və bərabərdirlər. O şey ki, əsldir - təqvadır".

İnsanın insan olmaq meyarı - əxlaqı ilə ölçülər. Çünki bu meyar sərvətdən, vəzifədən də üstündür. İnsanı ali dərəcəyə çatdırır. Nəfsi islah edir.

Allah Təala buyurur: "Belə isə, məgər imanlı olanlarla fasiq olanlar eynidirmi? Əsla (onlar) eyni deyildir!". ("Səcdə" 18).