PKKya dəstək verən , 150 milyon avro sərvətə sahib olan casus filosof haqqında


Dünya 03 Okt 2021 20:42:00 106 0

PKKya dəstək verən , 150 milyon avro sərvətə sahib olan casus filosof haqqında

Yayımladığı sənədli filmdə casusluq fəaliyyətini izah edən, PKK -nı açıq şəkildə dəstəkləyən və bir filosofa görə olduqca zəngin olması ilə diqqət çəkən Bernard Henri Levi...

Son.az musavat.com-a istinadən bu zəngin filosof haqqında maraqlı faktları təqdim edir.

1948 -ci ildə yəhudi bir ailədə dünyaya gələn Bernard 1971 -ci ildə fəlsəfə üzrə magistr dərəcəsini bitirdikdən sonra Banqladeşlə Pakistan arasındakı müharibəyə maraq göstərməyə başlayıb. Qəfil qərar verən Bernard müharibə müxbiri olaraq Banqladeşə gedib.

O vaxt ortaya atılan iddiaya görə, Levini Banqladeşə yönləndirən onun maraq dairəsi deyil, Fransız kəşfiyyatı olub.

Müharibədən və müstəqillikdən sonra Banqladeşdə qalmağa qərar verib. Bernard o dövrdə yeni qurulan "Banqladeş iqtisadiyyat və Planlaşdırma Nazirliyi"ndə məmur olaraq çalışıb və "Banqladeş, İnqilabda Milliyyətçilik" adlı ilk kitabını yazıb.

Bernard Levi Liviya işğalından əvvəl də İsrailin Baş naziri Benyamin Netnyahu ilə əlaqə quraraq dünya gündəminə düşüb.

Bernard daha sonra Liviya hökumətinin İsraili tanımağa hazır olduğu mesajını çatdıraraq, qurulacaq rejimin İsraillə yaxşı münasibətlər yaratmağa hazır olduğunu vurğulayıb.

O dönəmlərdə ərsəyə gələn (2008-ci il) Tobruk adlı filmdə Bernard Levinin casus olmasından da bəhs edilib.

Hətta Bernard Levi üzünə Azad Suriya Ordusu bayrağı bağlamış iki adamla filminin nümayişində belə iştirak edib.

Filmdə o, liviyalı müxaliflərlə münasibətlərini, Sarkzoyu Qaddafi əleyhinə üsyançıları dəstəkləməyə inandırma prosesini və Liviya hücumu zamanı etdiyi casusluq fəaliyyətini təsvir edib.

2011-ci ildə dostu, Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stros Kanın cinsi təcavüzdə günahladırlmasına qarşı çıxıb ona dəstək verməsi də cəmiyyət tərəfindən etirazla qarşılanıb.