Qaradağda ikimərtəbəli ev yanıb


Digərləri 03 Okt 2021 20:11:00 102 0

Qaradağda ikimərtəbəli ev yanıb

Bakı şəhərinin Qaradağ rayonunda ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 110 m² (hər mərtəbəsi 55 m²) olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.