Tələbə qızları öldürənin adı açıqlandı FOTO


Dünya 03 Okt 2021 18:50:00 127 0

Tələbə qızları öldürənin adı açıqlandı  FOTO

Hüquq-mühafizə orqanları, Orenburq vilayətinin Qay şəhərində üç qız tələbənin qətlində şübhəli bilinən şəxsi müəyyən ediblər. 

Son.az lent.az-a istinadla verdiyi xəbərə görə, məlum olub ki, o, əvvəllər məhkum olunmuş 29 yaşlı gəncdir.

Daxili İşlər Nazirliyindən bildirilib ki, polis 1991-ci il noyabrın 23-də anadan olan Alexander Vyaçeslavoviç Lazarevin yerini müəyyənləşdirmək üçün kömək istəyib.

Bir neçə gün əvvəl Qay şəhərindəki Gənclər küçəsində 17, 18 və 19 yaşlı 3 tələbə qəz qətlə yetirilib. Onlardan ikisinin meyiti kirayə qaldıqları mənzildə, üçüncü isə sonradan evin yaxınlığında aşkar olunub. 

Müstəntiqlərin ilkin versiyasına görə, cinayətkar qızları qətlə yetirmək üçün mətbəx bıçağından istifadə edib.