Sevdiyinə ərə gedəcək, şahzadə titulunu itirəcək


Şou-biznes 03 Okt 2021 18:32:00 168 0

Sevdiyinə ərə gedəcək, şahzadə titulunu itirəcək

Yaponiyanın taxt-tacının varisi, şahzadə Akisinonun qızı Mako oktyabrın 26-da tələbə yoldaşı ilə ailə həyatı quracaq.

Son.az axşam.az-a istinadən bildirir ki, 29 yaşlı cütlük İmperator Sarayında keçiriləcək ənənəvi toy mərasimdən məhrum olacaq. Buna səbəb isə Makonun xüsusi titulu olmayan kişiyə (Kay Kamuro) ərə getməsidir. Yaponiya qanunlarına görə, şahzadə sadə vətəndaşla ailə qurarsa, öz titulundan məhrum olunur. Lakin bu qayda kişilərə şamil olunmur.

Eyni zamanda Mako öz titulundan imtina edən ilk yaponiyalı şahzadə olub. Cütlük ailə qurdurqdan sonra Amerikaya köçəcək. Kay Kamuro orada vəkillik karyerasını quracaq. Onlar Amerikaya köçmək istədiklərinə görə mətbuatda sevgililəri "Harri və Meqan" adlandırmağa başlayıblar.

Qeyd edək ki, Mako və Kay 2012-ci ildə Tokioda universitetdə oxuyarkən tanış olublar. Beş il sonra cütlük nişanlanıb. Toyun uzanma səbəbi isə bəyin anasının maliyyə çətinlikləri ilə bağlıdır.