Əlcəzair hava məkanını Fransa təyyarələri üçün bağlayır


Dünya 03 Okt 2021 17:26:00 294 0

Əlcəzair hava məkanını Fransa təyyarələri üçün bağlayır

Əlcəzair Afrika sahillərində missiyalarını yerinə yetirən Fransa hərbi təyyarələri üçün hava məkanını bağlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl Əlcəzairin Fransadakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb. Buna səbəb Fransa prezidenti Emmanuel Makronun keçmiş koloniya ilə bağlı açıqlamalarından sonra iki ölkə arasındakı münasibətlərin kəskin pisləşməsi olub. Fransanın "Le Monde" qəzetinin yazdığına əsasən, prezident Əlcəzairin rəsmi tarixinin tamamilə yenidən yazılmalı olduğunu deyib: "Əlcəzairin tarixi həqiqətlər üzərində deyil, daha çox Fransaya nifrət üzərində qurulub".

Diplomatik qalmaqal Fransanın əlcəzairlilərə verilən viza sayını yarıya endirmək qərarının səbəb olduğu böhran fonunda baş verir.