Gürcüstanda Ermənistan vətəndaşı saxlanıldı


Dünya 03 Okt 2021 15:08:00 171 0

Gürcüstanda Ermənistan vətəndaşı saxlanıldı

Gürcüstanda saxta aksiz markalarını küllü miqdarda saxtalaşdıraraq satan Ermənistan vətəndaşı saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Məlumata əsasən, təqsirləndirilən şəxs Tbilisidə spirtli içkilər üçün nəzərdə tutulan 2,7 min dollar məbləğində 3 051 saxta aksiz markası satıb və aksizlərin satılması prosesində saxlanılıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin saxta aksiz markalarının istehsalı, satışı və ya istifadəsi maddəsi ilə aparılır. Təqsirləndirilən şəxsi 4 ildən 6 ilədək həbs cəzası gözləyir