Rusiyada son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alındı


Dünya 03 Okt 2021 14:02:00 163 0

Rusiyada son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alındı

Rusiyada son sutka ərzində daha 25 679 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 7 586 536 nəfərə çatıb. Son sutka ərzində 890 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 209 918 nəfərə çatıb.

Beləliklə, son sutka Rusiyada pandemiya dövründə indiyə kimi koronavirusdan ən çox ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Hindistan, Türkiyə, Braziliyadan sonra altıncl yerdə gəlir.