Saakaşvili dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunur


Dünya 03 Okt 2021 12:36:00 135 0

Saakaşvili dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunur

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunur.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Rustavi 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan sabiq prezidentə bu gün ittihamla bağlı rəsmi məlumat veriləcək. DİN-in məlumatında qeyd olunub ki, iş üzrə bütün zəruri istintaq tədbirləri görülür.

Xatırladaq ki, M. Saakaşvili oktyabrın 1-də Tbilisinin Kvişxeti küçəsində qaldığı mənzildə həbs edilib. Bundan əvvəl sabiq Prezident barədə Valeri Gelaşviliyə fiziki hücumda təqsirli bilinərək 6 il, həmçinin vəzifə səlahiyyətindən sui-istifadə maddəsi ilə 2 il 3 ay müddətinə həbs qərarı verilib.