Aİ Ukraynada hərbi missiya yarada bilər


Dünya 03 Okt 2021 11:36:00 127 0

Aİ Ukraynada hərbi missiya yarada bilər

Avropa İttifaqı Ukraynada müstəqil hərbi təlim missiyası qurmağı düşünür.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə alman "Welt am Sonntag" qəzeti məlumat yayıb.

Bildirilir ki, missiya qurulacağı təqdirdə Avropa İttifaqının Ukrayna Hərbi Məsləhət və Təlim Missiyası (EU Military Advisory and Training Mission Ukraine (EUATM) adlandırılacaq.

Məlumata əsasən, təlim missiyasının ölkədə yaradılmasını cari ilin iyul ayında Ukraynanın xarici işlər naziri və müdafiə naziri xahiş ediblər və bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelə məktub göndərilib.