Türkiyədə məşhurlaşan itə mikroçip taxıldı: Bir gündə 29 dayanacaq qət edib


Digərləri 03 Okt 2021 11:00:00 109 0

Türkiyədə məşhurlaşan itə mikroçip taxıldı: Bir gündə 29 dayanacaq qət edib

Türkiyənin İstanbul şəhərində bir çox ictimai nəqliyyat vasitələrində dolaşmaqla məşhurlaşan itə mikroçip taxılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Boji adlanan it xüsusi tətbiq vasitəsilə addım-addım izlənilir. İzləmə sistemi ilə Bojinin bir gündə 29 dayanacaq qət etdiyi məlum olub. Eyni zamanda o, ictimai nəqliyyat vasitəsi ilə gündə azı 30 kilometr yol qət edib.

Boji bütün səyahət qaydalarını bilir; enən sərnişinlərə yol verir, gözləyir, qatara sakitcə girir və özünə yer tapır. O, sərnişinlər tərəfindən də çox sevilir.