Azərbaycanın ikinci Qarabağ müharibəsində qələbəsi Türk Şurası dövlətlərinin qürur mənbəyi oldu Baş katib


Siyasət 03 Okt 2021 10:10:00 88 0

Azərbaycanın ikinci Qarabağ müharibəsində qələbəsi Türk Şurası dövlətlərinin qürur mənbəyi oldu  Baş katib

Azərbaycanın ikinci Qarabağ müharibəsində qələbəsi Türk Şurasına üzv olan bütün dövlətlər üçün qürur mənbəyi oldu.

Bunu Trend-ə açıqlamasında Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib.

B.Amreyev qeyd edib ki, oktyabrın 3-ü türkdilli dövlətlər arasında əməkdaşlığı institutlaşdıran Naxçıvan Sazişinin imzalanmasının 12-ci ildönümüdür. Əsrlərdir davam edən qardaşlıq əlaqələrinin konkret tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə töhfə verən bu tarixi hadisə münasibətilə hər il 3 oktyabr "Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü" kimi qeyd olunur:

"Bütün üzv dövlətlərimizin ortaq evi olan və on il ərzində bölgəsində və xaricində çox önəmli, nüfuzlu və təsirli bir quruma çevrilən Türk Şurası çərçivəsində əldə etdikləri uğurlar və məhsuldar birgə səyləri ilə fəxr etmək haqqı var. 2020-2021-ci illər də Türk dünyası üçün uğurlu oldu".

Onun sözlərinə görə, bu dövrdə üzv dövlətlərin birliyi mühüm uğurlar, ilk növbədə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası sayəsində möhkəmləndi. 44 günlük Vətən Müharibəsi zamanı Türk Şurası Azərbaycanın haqq işini dəstəklədi və ölkənin qələbəsi bütün üzv dövlətlər üçün qürur mənbəyi oldu:

"Bu il Türküstanda virtual formatda təşkil edilən qeyri-rəsmi zirvə toplantısında üzv dövlətlərin liderlərinin görüşünün də şahidi olduq. Bu görüşdə Türküstan şəhəri minillik sivilizasiyaların kəsişməsində mədəni və mənəvi yerinin tanınması ilə Türk dünyasının mənəvi paytaxtı elan edildi. Liderlərimiz Təşkilatın hazırkı təşəbbüslərini, planlarını və layihələrini, eləcə də gələcəyə baxışı və məqsədlərini nəzərdən keçirdilər və qiymətləndirdilər".

Baş katib həmçinin vurğulayıb ki, qardaş Türkmənistanın Türk Şurasına gözlənilən qoşulması təşkilatın gündəmini əhəmiyyətli dərəcədə zənginləşdirəcək və onun çərçivəsində əməkdaşlığa təkan verəcək: "Bizim işimiz son iki ildə ən məhsuldar və aktiv dövrünü yaşayıb. Bu il yenidən 20-dən çox əməkdaşlıq sahəsində çox konkret və məhsuldar tədbirlər həyata keçirdik: iqtisadiyyatdan nəqliyyata, səhiyyədən təhsilə. Bütün bu sahələri əhatə edən nazirlər və ekspert səviyyəsində görüşlərinin, ixtisaslaşmış forumların, yüksək səviyyəli konfransların, sənaye seminarlarının, təlimlərin və potensialın artırılması proqramlarının təşkilini səmərəli şəkildə davam etdirdik".

B.Amreyev qeyd edib ki, Şuranın iqtisadi əməkdaşlıq sahəsində intensiv səyləri üzv ölkələrdə kiçik və orta sahibkarlığı dəstəkləmək məqsədi daşıyan Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması ilə tezliklə bəhrəsini verəcək: "Digər tərəfdən, çətin şərtlərə ən yaxşı şəkildə uyğunlaşaraq təşkilatımız çərçivəsində səhiyyə sahəsində böyük işlər gördük. Mən həmçinin minnətdarlıqla qeyd etmək istərdim ki, bu çətin dövrdə ölkələrimiz çox böyük qarşılıqlı dəstək və humanitar yardım göstərdilər, həmçinin pandemiya ilə mübarizədə qabaqcıl təcrübə mübadiləsi apardılar".

O əlavə edib ki, noyabr ayında İstanbulda Türk Şurası ölkələri liderlərinin Sammiti keçiriləcək və burada həm təşkilat üçün, həm də bütün Türk dünyası üçün həyati əhəmiyyət kəsb edən bir sıra qərarlar alınacaq: "Həmrəyliyimizə həsr olunmuş bu xüsusi tədbir gələcək qarşısında öhdəliklərimizi də xatırladır. Türk dövlətləri indi "Türk Dünyası Vizyonu - 2040"a daxil edilmiş yeni məqsəd və təşəbbüslərlə yeni bir dövr təşkil edərək daha sıx əməkdaşlıq və daha dərin inteqrasiya mərhələsinə qədəm qoyur".

Baş katib vurğulayıb ki, bu il, təşkilatın dörd qurucu üzv dövlətinin 30-cu ildönümünün qeyd edilməsi kontekstində də əhəmiyyətlidir:

"Fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, Türk Şurası olaraq üzv ölkələrimizin iqtisadi, sosial və siyasi sahələrdə qazandığı uğurlar və uğurlu inkişafı ilə hər zaman fəxr edirik, buna görə də bir daha təsdiq edirik ki, məqsədlərimizə uyğun olaraq uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bu hisslər və düşüncələrlə, üzv dövlətlərimizin dövlət başçılarına, nazirliklərinə, hökumət qurumlarına, özəl sektora və QHT-lərimizə təşkilatımızın fəaliyyətinə davamlı olaraq dəstək və kömək göstərdiklərinə görə dərin minnətdarlığımızı bildiririk. Sülh, birlik və həmrəylik arzulayaraq, bütün türk xalqlarının bayramı olan 3 oktyabrı ürəkdən qeyd edirik".

Hamamda dəm qazından boğulub öldü like
  • 03 Okt 10:04  
Digərləri Hamamda dəm qazından boğulub öldü

Qazaxda dəm qazından zəhərlən qadın xəstəxanada ölüb.

arrow Ətraflı
Rusiyada avtobus aşdı, 12 nəfər xəsarət alıb like
  • 03 Okt 09:58  
Digərləri Rusiyada avtobus aşdı, 12 nəfər xəsarət alıb

Rusiyanın Xabarovsk diyarında sərnişin avtobusu aşıb.

arrow Ətraflı
Kişi tozsoran işlədərsə... Pərt oldu  VİDEO like
  • 03 Okt 09:52  
Digərləri Kişi tozsoran işlədərsə... Pərt oldu VİDEO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

arrow Ətraflı
Fransada kütləvi qətl planlaşdıran şagird saxlanılıb like
  • 03 Okt 09:46  
Dünya Fransada kütləvi qətl planlaşdıran şagird saxlanılıb

Fransada ölkənin Dənizkənarı Sein departamentində yerləşən məscidlərd

arrow Ətraflı
Tramp peyvənd olunduğu vaksinin adını açıqladı like
  • 03 Okt 09:40  
Dünya Tramp peyvənd olunduğu vaksinin adını açıqladı

Keçmiş ABŞ Prezidenti Donald Tramp ilk dəfə koronavirusa qarşı peyvənd o

arrow Ətraflı
"Genetika baxımından çox şanslıyam" like
  • 03 Okt 09:34  
Şou-biznes "Genetika baxımından çox şanslıyam"

Məşhur sima Ece Sükan Derimodun yeni kolleksiyasının təqdimatına ev sahib

arrow Ətraflı
Təyyarə havaya qalxarkən mühərriki alışdı  Qorxulu anlar like
  • 03 Okt 09:27  
Dünya Təyyarə havaya qalxarkən mühərriki alışdı Qorxulu anlar

ABŞ-ın "Spirit Airlines" aviaşirkətinə məxsus təyyarənin Atlan

arrow Ətraflı
Kaladze Tbilisinin meri seçkilərində liderdir  MSK like
  • 03 Okt 09:21  
Digərləri Kaladze Tbilisinin meri seçkilərində liderdir MSK

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri vəzifəsinə seçkilərin il

arrow Ətraflı
Anasının TikTok videolarından bezən uşaq görün nə etdi  VİDEO like
  • 03 Okt 09:15  
Digərləri Anasının TikTok videolarından bezən uşaq görün nə etdi VİDEO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

arrow Ətraflı
"Yadplanetlilərin bəziləri aramızda yaşayır" like
  • 03 Okt 09:09  
Şou-biznes "Yadplanetlilərin bəziləri aramızda yaşayır"

Amerikalı müğənni Demi Lovato keçən il UFO ilə qarşılaşdığını aç

arrow Ətraflı
Maşının hansı sürəti yanacağa qənaət etmək üçün idealdır? like
  • 03 Okt 09:03  
Digərləri Maşının hansı sürəti yanacağa qənaət etmək üçün idealdır?

Bir çox sürücü, yanacaq istehlakını minimuma endirmək üçün avtomobilin

arrow Ətraflı
ŞORQOĞALININ RESEPTİ like
  • 03 Okt 08:57  
Digərləri ŞORQOĞALININ RESEPTİ

Son.az "Ağababa Ağababa" youtube kanalına istinadən oxucularına n

arrow Ətraflı
Məşhur müğənnini xəstəlik bu hala salıb like
  • 03 Okt 07:07  
Şou-biznes Məşhur müğənnini xəstəlik bu hala salıb

Bir vaxtların məşhur ifaçısı olan Andrey Qubin uzun illərdir xəstəlikl

arrow Ətraflı
Zaur ATVdə bu verilişin aparıcısı olacaq like
  • 03 Okt 06:06  
Şou-biznes Zaur ATVdə bu verilişin aparıcısı olacaq

ATV-yə transfer olan Zaur Nəbioğlunun aparıcılıq edəcəyi verilişin adı

arrow Ətraflı
Rusiyada son sutkada koronavirusdan 886 nəfər ölüb like
  • 03 Okt 05:05  
Digərləri Rusiyada son sutkada koronavirusdan 886 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 25 219 nəfər yeni növ koronavirusa (COVID-1

arrow Ətraflı