Fransada kütləvi qətl planlaşdıran şagird saxlanılıb


Dünya 03 Okt 2021 09:46:00 126 0

Fransada kütləvi qətl planlaşdıran şagird saxlanılıb

Fransada ölkənin Dənizkənarı Sein departamentində yerləşən məscidlərdən birində və təhsil müəssisəsində çox sayda insanı qətlə yetirməyi planlaşdıran 19 yaşlı lisey şagirdi saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, şagird terror aktını prezident seçkilərinin birinci turuna 4 gün qalmış - 2022-ci ilin 20 aprel tarixində törətmək niyyətində olub.

Məlumata əsasən, sorğu zamanı şagird bildirib ki, təhsil müəssisəsində məruz qaldığı təhqirlərə görə lisey şagirdlərindən bu yolla qisas almaq istəyirmiş.