Tramp peyvənd olunduğu vaksinin adını açıqladı


Dünya 03 Okt 2021 09:40:00 163 0

Tramp peyvənd olunduğu vaksinin adını açıqladı

Keçmiş ABŞ Prezidenti Donald Tramp ilk dəfə koronavirusa qarşı peyvənd olunduğu vaksinin adını açıqlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, o, bu barədə "Yahoo Finance" portalına müsahibəsi zamanı danışıb.

D.Tramp bildirib: "Mən "Pfizer" peyvəndi vurdurdum, lakin mən onların hər birindən xoşbəxt olardım".

Ağ Evin sabiq rəhbəri həmçinin yenidən peyvənd olunacağını da istisna etməyib.