Azərbaycanlı milyonçunun dəbdəbəli binası görün kimlərə qaldı


Digərləri 03 Okt 2021 04:04:00 153 0

Azərbaycanlı milyonçunun dəbdəbəli binası görün kimlərə qaldı

ABŞ-a qaçdıqdan sonra əmlakı müsadirə olunan azərbaycanlı milyonçu Reza Zərrabın Beyoğlu Fındıklıdakı Royal Holding binası indi satıcılar və evsiz insanlar üçün bir məkana çevrilib.

Son.az türk mediasına istinadən xəbər verir ki, binadakı əşyalar hissə-hissə oğurlanıb. Ərazidəki sakinlər narahatlıqlarını "Binanın yanından keçməyə qorxuruq" sözləri ilə dilə gətiriblər. 7 mərtəbəli binada ötən ilə kimi yalnız mühafizəçilər qalırdı. Amma sonradan gözətçilər də işdən çıxarıldı. Yarımçıq qalmış bina əvvəlcə evsizlər üçün bir yerə çevrildi, sonra oğrular binaya soxulub binanın qapıları və pəncərələri söküb apardılar. Hazırda bina xarabalığa çevrilib.

Kamran Seyidov ​Son.az