Şəbnəm Tovuzludan təqdirəlayiq addım 3 bacıya...


Şou-biznes 03 Okt 2021 02:02:00 131 0

Şəbnəm Tovuzludan təqdirəlayiq addım  3 bacıya...

Müğənni Şəbnəm Tovuzlu "Bizimləsən" verilişinə yardım üçün müraciət edən 3 bacıya əlil arabası hədiyyə edib.

Son.az xəbər verir ki, 3 bacı proqramda cəmi 1 arabalarının olduğunu bildiriblər. Zülfiyyə, Gültəkin və Minə bacıları 7 yaşından yeriyə bilmədiklərini söyləyiblər.

Şəbnəm deyib ki, bacılar onun fanatıdır və bundan əvvəl də dəfələrlə onlarla görüşüb, gəzməyə aparıb:

"Evlərində onları ziyarət etdim. Dedilər ki, uzun müddətdir şəhər görmürük. Mən də aparıb gəzdirdim. Demişəm ki, onlar yerisin üçünündə qarşısında 6 qurban kəsəcəm".