Müsəlman iman, əməl və əxlaqın vəhdətidir


Digərləri 02 Okt 2021 23:45:00 136 0

Müsəlman  iman, əməl və əxlaqın vəhdətidir

Quran ayələrindən və hədislərdən bu nəticəyə gəlmək olur ki, İslam dini üç ünsürdən ibarətdir: iman, əməl və əxlaq.

İmanı İslam maarifini öyrənərək və Rəbbani alimlərə qulaq asaraq əldə etmək olar.

Əməl isə vacibləri yerinə yetirmək və haramlardan çəkinməkdən ibarətdir. Bunu da vacibləri öyrənərək və haramları tanıyaraq yerinə yetirmək olar.

Gözəl əxlaqa isə onu tanıyaraq və təmrin edərək malik olmaq olar.

Bu üç həqiqət, açarın üç dişinə bənzəyir. Əgər bu açar insanın əlində olarsa, dünya və axirətdə bütün qapıları aça bilər. Xüsusilə də Allahın rəhmət qapılarını. İlahi feyzdən bəhrələnər və İlahi qürbə yaxınlaşar.

Allahın bəyəndiyi əxlaq.

O işlər ki, zati cəhətdən qiymətlidir və dəyərlidir, insanın xoşbəxt olmasına səbəb olar, Allah tərəfindən həmişə bəyənilər. Lakin o işlər ki, zati cəhətdən alçaq və dəyərsizdir, insanı dünya və axirətdə bədbəxt edir, Allahın nifrətinə səbəb olur.

Ona görə də o kəsin ki, əxlaqı gözəl olar, Allahın məhbubu olar. Həzrət Peyğəmbər (s) buyurur: "Şübhəsiz ki, Allah Təala bağışlamağı, əliaçıq olmağı, şərəfli və dəyərli işləri sevir və alçaq və dəyərsiz işlərə kərahəti vardır və nifrət edir".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Şübhəsiz ki, Allah şərəfli və dəyərli işləri sevir, alçaq və dəyərsiz işlər onun yanında mənfurdur".

Gözəl əxlaq da bu şərəfli işlərdən biridir. Çünki insana həm dünyada və həm də axirətdə səadət gətirər. İnsan əgər özünə qarşı mərifət əldə edərsə, həqiqətini dərk edərsə, Allahın xəlifəsi olduğunu başa düşər. "Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam". ("Bəqərə" 30).

"Elə ki, onun bədəninin yaradılmasını tamamladım və Öz ruhumdan ona üfürdüm". ("Sad" 72).

İnsan öz dəyərini bilsə, heç bir zaman alçaq və dəyərsiz işlərə baş qoşmaz və şeytan heç bir zaman onun nəfsini çirkləndirə bilməz. Çalışar ki, ürəyini Allahın hərəminə çevirsin və nəfsini və batinini dəyərli işlərlə zinətləndirər. Varlığı İlahi maarifin təcəlli etdiyi yerə çevrilər.

Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən mən məkarim əxlaqı (gözəl əxlaqı) kamala çatdırmaq üçün məbus olmuşam".

İmam Əli (ə) buyurur: "Məkarim əxlaqda sabit olun ki, o, şərəfli olmağın mənbəyidir. Alçaq əxlaqdan uzaq olun ki, o, şərəfli insanları alçaq edər".

İmam Əli (ə) buyurur: "Özünü hər alçaqlıqdan pak et və məkarim əxlaq yolunda son dərəcə səy et ki, günahdan xilas olasan və məkarimi əldə edəsən".

İmam Sadiq (ə) buyurur: "Sənə zülm edənə güzəşt etmək, səninlə rabitəsini kəsənlə rabitə qurmaq, səndən əsirgəyənə əta etmək, haqqı demək - hətta əgər öz əksinə belə olsa - məkarim əxlaqdır".

İmam Əli (ə) buyurur: "Məkarim əxlaq kamala çatmaz, məgər iffət və öz haqqından keçməklə".

İmam Əli (ə) yenə buyurur: "Əgər məkarim və böyüklük istəyirsənsə, haramlardan uzaq ol".

İmam Sadiq (ə) buyurur: "Məkarim on dənədir ki, əgər bacarsan, onlara malik ol: çətinliklərdə mətanət göstərmək, düz danışmaq, əmanətdarlıq, sileyi-rəhm, qonaqpərvərlik, yoxsulları yedizdirmək, yaxşı işlərin əvəzini vermək, qonşu haqqına riayət etmək, dostun haqqına riayət etmək. Hamısının başında isə həya durur".