"Taliban" Əfqanıstanda "intihar batalyonu" yaradıb


Dünya 02 Okt 2021 23:34:00 152 0

"Taliban" Əfqanıstanda "intihar batalyonu" yaradıb

"Taliban" hərəkatı Əfqanıstanın Çin və Tacikistanla dövlət sərhədlərini qorumaq üçün intiharçılardan ibarət xüsusi batalyon yaradıb.

Son.az "Report"a istinadən bildirir ki, bunu Bədəxşan əyalətinin qubernator müavini Molla Nisar Əhmədi deyib.

"Lashkar-e Mansur" adlı intihar batalyonuna daxil olan silahllılar əvvəlki hökumətin silahlı qüvvələrinə, eləcə də Vaşinqtonun başçılıq etdiyi beynəlxalq koalisiyanın hərbçilərinə qarşı terror hücumlarında iştirak ediblər.

"Bu batalyon olmasaydı, ABŞ -ı məğlub etmək mümkün olmazdı. Bu döyüşçülər xüsusi partlayıcı qurşaq kəmərləri taxaraq Əfqanıstandakı Amerika bazalarını partladıblar", - qubernator müavini əlavə edib.