Şeytanın fəryad çəkdiyi 4 dəfə


Digərləri 02 Okt 2021 22:50:00 120 0

Şeytanın fəryad çəkdiyi 4 dəfə

"Həmd" ("Fatihə") surəsi tək surədir ki, hər bir müsəlmana birmənalı vacibdir. Vacib namazlarda onu oxumaq zəruridir, əks halda namaz batil olar. Həzrət Peyğəmbər (s) buyurur: "Bu surə - Quranın ən yaxşı surəsidir".

Bu surə böyük İlahi nemət kimi tanıdılmışdır. "Doğrudan da sənə hər namazda ən azı iki dəfə təkrar edilən və ayələri bir-birini təfsir edən bu kitabın bir hissəsi olan ("Həmd" surəsi adında) yeddi əzəmətli ayə və böyük Qur'anı əta etdik". ("Hicr" 87).

Quran bu qədər əzəməti ilə "Həmd" surəsinin qarşısında qərar verilmişdir. Onun yenidən nazil olması əhəmiyyətindən xəbər verir. Həzrət Peyğəmbər (s) buyurur: "Böyük Allah "Həmd" surəsini verərək, mənə minnət qoymuşdur və onu böyük Quranın qarşısında qərar vermişdir. "Həmd" surəsi Allah ərşi xəzinəsinin ən dəyərli ehtiyatıdır".

İmam Sadiq (ə) buyurur: "Şeytan dörd dəfə fəryad çəkmişdir. Birinci dəfə o gün idi ki, Allah dərgahından qovulmuşdu. Sonra o zaman idi ki, behiştdən yerə süqut etdi. Üçüncü dəfə Muhəmmədin (s) besətində və axırıncı dəfə o zaman ki, "Həmd" surəsi nazil oldu".

Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala buyurur: "Mən "Həmd" surəsini Özümlə bəndəm arasında bölmüşəm Yarısı Mənim üçündür və yarısı da bəndəm üçündür. Bəndəmin haqqı vardır ki, hər nə istəyir, Məndən istəsin"".

"Həmd" surəsində Allah Təala əvvəl özünü Kamal və Camal sifətləri ilə tərif və təsvir edir. Ümumi rəhmət, cəza gününün Sahibi olduğunu bəşərə xatırladır. Sonra bu nəticəyə gəlir ki, ibadət, pərəstiş Allaha aiddir. Ondan başqa heç kəs buna layiq deyildir.

Sonra isə bəndəsinə dua etmək mədəniyyətini öyrədir. Buyurur ki, Allahdan istəyin ki, sizi müstəqim yola, cavidan səadətə tərəf hidayət etsin. Sizi sonsuz nemətlərin olduğu yerə çatdırsın. Sizi nurda qərar versin.

Sonra buyurur ki, hidayət yolu o kəslərə aiddir ki, Allah Təala Öz fəzli ilə onları sonsuz rəhmətinə şamil etmişdir. Onlara xüsusi lütf əta etmişdir. Bu yol - Allahın qəzəbləndiyi kəslərin və yolunu azmışların yolundan ayrıdır. Ona görə deyə bilərik ki, bu surənin dörd ali hədəfi vardır: