Nəfsiləvvamə insanı nələrə cəlb edər?


Digərləri 02 Okt 2021 21:50:00 107 0

Nəfsiləvvamə insanı nələrə cəlb edər?

Əgər dünya və axirət saədətinə çatmaq istəyiriksə, gərək ruhumuz nurani olsun. Kin və küdurətli, qəsavətli bir ürək insanı saədətə tərəf hidayət edə bilməz. Quranın buyurduğu kimi, bu ürək xəstədir və nicat tapması çətindir.

Qəlb qəsavətinin dərəcələri vardır. Onun bir dərəcəsi budur ki, Allahla rabitənin şirinliyi bizdən alınar. Vay o kəsə ki, namazdan ləzzət almaz. Vay o kəsə ki, xəlqə xidmət etməkdən ləzzət almaz.

Qəsavətin başqa bir dərəcəsi odur ki, Allahla rabitə onun üçün ağır olur. Misal üçün namaz onun üçün ağır olur. Bir saat əyləşib mənasız sözlər eşitmək ona daha şirindir. Bir toy üçün xeyli pul xərcləyər, ancaq xümsünü vermək ağır olar. Bu, qəsavətin əlamətlərindəndir.

Qəsavətin başqa bir dərəcəsi küfrdür. Günah nəticəsində nəfsi-ləvvamə insandan alınar. Bizim ruhumuzun üç mərtəbəsi vardır: onun bir mərtəbəsinə fitrət deyərlər ki, insanın canının dərinliyi deyər: "Lə İləhə İlləllah". Bəzən də fikirləşirik və ona ağıl deyirik. Bəzən də ürəyimiz iş görür və ona əxlaq vicdanı deyirik. Quran ona nəfsi-ləvvamə deyir. Quran nəfsi-ləvvaməyə çox əhəmiyyət verir və hətta ona and içir. "Və and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və Allaha asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır)". ("Qiyamət" 2).

Əgər siz bir ibadət etmək istəsəniz, həmin nəfs sizi təşviq edər. Deyər: Namazı əvvəl vaxtda qıl. O zaman ki, namaz qılırsınız, həmin nəfs sizi tərifləyir və afərin deyir. Günah zamanı isə əksinə, bizi hədələyir və ondan uzaq durmağımızı söyləyir. Deyir: Bu işi görmə, çünki cəhənnəm vardır. Əgər günahı görsən, insanı danlayır və məzəmmət edir. Davamlı olaraq əxlaq vicdanı zərbələr vurar. Deyir: Gördün, nə etmisən? Tövbə edənə qədər insandan əl çəkməz.

Ancaq bəzən bu nəfs ölər və ya zəifləyər. Bu zaman insan rahat günah işlədər və günah etdiyini belə bilməz. Əgər insan günah üstünə günah işlədərək ləvvamə nəfsi zəiflədərsə, bu insanın nə dünyası olar və nə də axirəti.

Qəsavətin sonrakı dərəcəsi budur ki, nəfsi-ləvvamənin yerini nəfsi-mühəssənə alar. Əxlaq alimləri ona nəfsi-müsəvvələ deyirlər. İnsan günah edər və ondan ləzzət alar. Yəni nəfsi onu məzəmmət etmək yerinə əhsən deyir, tərifləyir.