Yeməyi belə bişirəndə, xərçəng riski artır


Digərləri 02 Okt 2021 21:40:00 135 0

Yeməyi belə bişirəndə, xərçəng riski artır

Həkimlər yemək bişirərkən hansı səhvin qidada kanserogen maddə yaratdığını açıqlayıb.

Son.az medicina.az-a istinadən bildirir ki, istənilən qidanın düzgün hazırlanmaması onun mənfi təsirini artırır.

Belə ki, yeməklərin termiki işlənməsi, yəni qızardılması, çox yüksək temperaturda hətta sobada belə bişirilməsi orqanizmi qocaldan sərbəst radikallar və kanserogen maddələri aktivləşdirir.

Xüsusən ətin çox yüksək odda qızardılması, bişirilməsi zamanı yağ qazabənzər maddələrə parçalanır. Bu zaman məhsulun keyfiyyəti düşür, qida yüksək kanserogen təhlükəli olur.